Bölgəmiz hər gün yeni hadisələrə gəbə olmaqda davam edir.Dünyanın sosial-iqtisadi-siyasi planlama gücləri 19-cu əsrin əvvəllərindən başlayaraq Azərbaycanın yerləşdiyi məkanı daha geniş analiz etməyə üstünlük verdiklərinə baxmayaraq,bölgə xalqı bu güclərin hazırladıqları planlardan xəbərsiz onlara rəva bilinən fəlakətləri məcburi şəkildə yaşamağa məhkum edildi.
Bu gün necə dünya ingilis siyasətinin planları ilə idarə ediləcək hala gətirilirsə,bölgənin sahibi olan böyük dövlətlər parçalanaraq kiçik və idarə edilən dövlətlərə çevrilirsə,dünən də bu baş verib.Bütöv Azərbaycan dövləti,yəni Qacar Dövləti XIX əsrin əvvəllərindən başlayaraq müxtəlif təyziq mexaniimləri ilə artıq parçalanmanın təməllərini qazmağa başlamış və nəticədə Rusiya-Qacarlar müharibəsi ilə ölkəmiz ikiyə bölünərək,bir qismi Qacar dövlətini ələ keçirmiş fars soysuzların dövlətin adını dəyişərək İran adı qoyduqları şovinist dövlətin,digər bir parçası isə Rusiya İmperiyasına daxil edildi (Gülüstan, Türkmənçay müqaviləsi). Hər tikəsi bir millətə peşkaş çəkilibsə,bu sadə bir plan olmayıb.Dünya ingilis siyasi mərkəzləri 21-ci yüz ilə bölgədə söz sahibi olacaq bir Türk dövlətinin olmasını həzm edə bilməzdi.Osmanlı dövlətinin başına açılan oyunlar da sıradan bir parçalanma planı deyildi.
Qərb Dünya Dövlətinin mərkəzinin Azərbaycan olacağını bildiyindən,bölgədə ən böyük xalq olan türklərin iki böyük dövlətlə Dünya Dövlətinin yaranmasın özü üçün ən böyük təhlükə olaraq görürdü.Və bu səbəbdən də o gün çatdıqda iki böyük dövlətin əsas söz sahibi olacağının qarşısı məhz bu şəkildə alınmalı və kəsilməlidi.
Bütöv Azərbaycan dövlətinin farslaşdırılması belə bu planın tərkibi idi.Necə ki, bu baş verdi.Bunun ardınca Azərbaycan farslarla-ruslar arasında,ondan sonra ermənilər və gürcülər arasında bölündü.Bu gün belə bu güclər bölgədə Azərbaycanın varlığından rahatsızlar.Məkirli olanlar dikdə edir ki,Azərbaycan təzyiqlər altında saxlanılmalıdır.Biz isə üzdə görünən siyasi olaylarla ovudulmaqdayıq. Dünya Dövləti qurtulmaq üçün düyməyə yenə də Qərbdə basılıb.Bu DD-nin mərkəzi isə tarixdən bilindiyi kimi Bakıdı. Azərbaycanda keçirilən 11 aprel seçkiləri və seçki sonu ortaya çıxan nəticə isə bu qlobal gücləri ciddi şəkildə narahat etməyə başlayıb.İlham Əliyev bu güclərin bütün planlarını alt-üst edən lider olduğundan,məhz Qərbin siyasi inistutları İlham Əliyevə qarşı lincetmə kompaniyasın apardılar.Amma nəticədə yenə də xalqın iradəsi və birliyi qalib gəldi.Keşgə bu gün olduğu kimi,Azərbaycan türkləri 19-cu əsrin əvvəllərində də bu güclərə qarşı mübarizə aparacaq gücdə olardılar.Amma nə etmək olar.Tarixdə hər bir xalıqın yaşayacağı təlatümlər bizdən də yan ötməyib.Əsas olan bu təlatümlərdən sağlam çıxmaqdı.Bu dəfə biz bu sınaqdan birlik və diriliklə çıxdıq.Qaldı Qarabağımızı geri almağımız.
Nahid Canbaxışlı
