Hafiz Hacıyevin müavini vəfat edib

Ötən gün baş verən qəzanın görüntüləri yayıldı - VİDEO

73 yaşlı müəllimənin erotik görüntüləri üzə çıxıb - FOTO

Elşad Abdullayevə açıq məktub

Elşad Abdullayev «Gündəm Xəbərdə” verdiyi böhtan xarakterli yazısına    cavab verməyi özü     mə borc bilirəm. «Fransa səfirinə şok məktub»başlıqlı yazıda o yenə də  ağzına gələn köhnə yalanları “raskrutka “ edərək baş aldadır. Darıxma, bir azdan Fransa dövləti də səni yaxşı tanıyacaq! Biz səni Fransaya hədiyyə göndərmişik! Bu gün o qardaşının oğurlanmasında   Azərbaycanı ittiham etməklə müxtəlif adamların adını çəkməklə   onlardan şantaj yolu ilə  pul qoparmaq məqsədi güdmüşdür? Vaxtilə burada işləri  »Xod» gedəndə, alveri tutanda onda  qardaş yada düşmürdü? Millətin qanı hesabına tikdirdiyin ABU-nu dədə malı hesab edirdin,yoxsa onu dədən evindən cehizmi gətirmişdin? İndi Fransada oturub “banlayırsan”? Sığındığın  yeri özünə münasib seçmisən. O yerdə ki,arvadla kişiyə  fərq qoyulmur,deməli öz yerini düz seçmisən…Sən həmişə qadınlardan istifadə etmisən.Sənin hədəflərin də “qurbanlıqların” da qadınlar olub. Deyirlər ki,qadını danışdırmağa məcbur edən min bir üsul var,ancaq onu susdurmağa məcbur edən üsul yoxdur… Sən «İdeal» «Femida»"Təzadlar «qəzetlərini ittiham edərək guya Arzu Kazımovu, Zahid Dünyamalıyevin Mahiri oqurlamada günahlandırırsan. Və belə məqalələrin yeddisi guya mənə məxsusdur.

2003-cü ildə «Azərbaycan Cümhuriyyəti»nin 11-18 noyabr tarixlərində  çap edilmiş «Bank müdiri reket rolunda»adlı məqaləni misal gətirərək onun mətbuata kimin ötürməsi səni  maraqlandırır. Bildirirəm. 2003-cü ildə Asif Mərzili ilə mənim heç bir əlaqəm olmayıb. O vaxtlar mən başqa təşkilatda işləyirdim. Əgər onunla mənim əlaqəm olsaydı o materialı mən ona verərdim. O öz qəzetində çap edərdi. Əgər Asif o materialı özü mənə vermişdisə, onu niyə öz qəzetində çap etmirdi? Mən bildiyimdən «Azərbaycan Cümhuriyyəti» o vaxt gündəlik qəzet də deyildi. Elşad  bizi,yəni məni və Asifi məhkəməyə verən ərəfədə  2009-cu il 06 . 01 tarixdə «Azərbaycan Cümhuriyyətin»baş redaktoru Nüsrətin məhkəməyə   verdiyi məktuba istinad edir. Maraqlıdır ki,həmin sözügedən yazı 2003-cü ildə çapa getdiyi halda Elşad üstündən 6 il keçməsinə baxmayaraq  niyə susmuş,yatıb birdən ayılmışdır? Niyə o bununla bağlı şübhələrini aydınlaşdırmaq üçün  məhkəməyə ya hüquq mühafizə orqanlarına vaxtında  müraciət etmədi? Niyə onun MTN-nə yazdığı məktub 2003 cü ilə deyil, 2009-cu ilə təsadüf edir? Mənim o vaxt nə Asiflə, nə də Nüsrətlə əlaqəm olub.  Bunu telefonlarımı yoxlasalar,  sübut ola bilər.  .  Yotubda sən hansı cəhdlərlə o məktubu almağını Nüsrət  videoda danışmışdır.  Vaxtilə ailəsinə yaxın olduğum  Z. Abdullayevə yanıma gələrək  oğlunun  müştərisi olduğu «Müğan  Bank»ın filialının müdiri tərəfindən döyüldüyünü bildirmişdir. Orada ona deyiblərmiş ki,sən də bizimçün Elşadın qardaşı deyilsən.  O vaxta kimi onun qardaşının itdiyini mən bilmirdim. Mən bununla bağlı tanışım, qəzetdə işləyən müxbirlə əlaqə saxladım. Ondan soruşanda o mənə dedi ki,bəs bilmirsən, onun qardaşı itib.  Onda biz həmin  ərizəni  Bakı Şəhər Prokurorluğuna göndərdik. Eyni zamanda həmin ərizəni mətbuatda işıqlandırdıq.  Məqsədimiz Mahir deyil,bank müdirinin vəzifə səlahiyyətlərini aşmasından gedirdi. Həmin epizodun da  araşdırılmasını ərizəyə əlavə etdik. Yoxlanıla bilər. Bununla bağlı mən istər prokurorluqda, istərsə də Ağır Cinayətlərə dair İstintaq idarəsində ifadəmi vermişəm. Yoxlanıla bilər. Cinayəti bilib susmağın özü də bir cinayət olduğunu gözəl bilirdim. Ona görə də, hüquq mühafizə orqanlarına müraçiətim mənim vətəndaşlıq borcum idi. Orada mənim heç bir məqsədim olmadığını bir allah , bir də Elşadın özü gözəl bilir.  Həmin ərəfələrdə, işin prokurorluqda aparılan vaxtı  »Amerika-Azərbaycan Dostluq Cəmiyyətinin «sədri, Amerika vətəndaşı , əslən cənubi Azərbaycandan  olan  Rza bəy yanıma gəlmişdi. O Azərbaycanı çox sevirdi. Bakıya gələndə Fatma Mehrəliyevlə,Şəfiqə Axudova ilə,gitaraçı Bəhrəm, Niyamməddin Musayev,bir çox tanınmış sənət adamları ilə görüşləri olurdu.  O bir coxlarına maaddi yardımlar da edib.  Qeyd edim ki,o hər Bakıya gələndə mənlə gəlib görüşürdü. Mənim müxtəlif tədbirlərimdə də  iştirak  edib. Bir gün o mənim yanıma gəldi. Dedi ki,Bakıya təzə gəlmişəm,gəldim sizinlə görüşüm. Buradan da gedirəm Elşadla görüşüm. Dedim ki,bəs xəbərin var ki,onun qardaşı yoxa  çıxıb? Mən də bilmirdim, bu yaxında eşitdim. Hətta qəzetdə də material verilib,prokurorluq da da iş gedir. O çox pis oldu. və sağollaşıb getdi. Bir gündən sonra Rza bəy mənə zəng vurdu,dedi ki,bəs mən dünən Elşadla görüşdüm.  Onun qardaşı  barədə yazı gedən  hansı qəzetdir? O qəzetdən tapa bilərsən? Dedim məndə var ,gəl apar. Məndə o qəzetdən iki dənə var idi. O gəlib qəzeti apardı. Bir gündən sonra o mənə yenə zəng etdi. Dedi ki,Zümrüd xanım,Elşad səninlə görüşmək istəyir. Dedim, xeyir ola? Dedi ki,xahiş edir. Nə isə razılıq verdim.  Bizim görüşümüz işimin iki addımlığında yerləşən Rza bəyin evində oldu. O məndən qəzetdə yzılan materialla bağlı suallar verdi. Sonra məndən həmin şikayətçi xanımla görüşdürməyi xahiş etdi. Mən ona, işin prokurorluqda araşdırıldığını,bildirdim. Və istədiyi vaxt onu həmin xanımla görüşdürməyə söz verdim.  O çıxıb getdi. Bir neçə gündən sonra mənə yenə zəng gəldi. Rza bəy yenə xahiş etdi ki,Elşad sənlə görüşmək  istəyir. Yenə Rza bəy gildə görüşdük.  Bu dəfə o özünü çox qəribə aparırdı. Bilmirəm hallı idi ya da… . O başladı anasının ağzını söyməyə. «Anamın ağzını  …kim » «Bunları doğub üstümə atdı» Rza bəy çox qəribə tərzdə üzümə baxdı,başını yellədi ki,yəni bu nə deyir? Mən onun qardaşının necə itdiyini soruşdum. O dedi ki,evdən çıxıb,maşını Nərimanov heykəlinin yanında tapıblar. Mənim onunla olan  söhbətimizi 2009-cu ildə öz müsahibəmdə «Təzadlara» vermişəm.  Məhz o müsahibəmdən sonra o mənə də, Asifə də qənim kəsildi.  Görüş vaxtı o mənə  dedi ki,sən Bankın müdiri ilə görüşə bilərsənmi? Ona de ki,qardaşımın yerini bilirsə desin. Mən ona dedim ki,mən onu tanımıram. Bir də ki,biz ondan şikayət vermişik. O bizdən acıqlıdır.  Bizi yaxına buraxmaz. Sən özün yaxşısan. Əlaqələrin də genişdir,yaxşı olar ki,özün danış. Vəssalam! O sonralar  mətbuata verdiyi nağıllardan danışdı.  O bizə dedi ki,qardaşı itəndən bir həftə sonra hansısa bankdan (adın unutmuşam) gəlib Mahirin evini boşaltmağı tələb ediblər.  Demə Mahir həmin bankdan pul götürübmüş.  Onda Rza bəy ona dedi ki,sən get o bankın pulun ver,borcu bağla. Qoyma ailəsin çölə atsınlar. O hansısa bir müğənninin qardaşı Mahirlə əlaqəsi olduğunu və Mahir itəndən sonra  qardaşları ilə birlikdə onun evində  onu döydüyünü bildirdi. Adını soruşduqda, adını demədi. Sonralar onun mətbuatdakı açıqlamalarından  Mətanət olduğunu bildim.

Onun 2009-cu ildə  MTN-nə yazdığı məktubda guya  məqsədim tanımadığım,üzünü görmədiyim Sənan, Çovdarov ,Mətanətdən məqsədi yayındırmaq olmuşdur. Yalançının atasına lənət ki,mən bu şəxsləri əgər tanıyıramsa.! Qoy istintaq araşdırsın ki,bu şəxslərlə mənim bir telefon danışığım,ya bir əlaqəm olub. İnsan nə qədər Şərəfsiz olar ki,insanlara bu qədər böhtan ata. Atalar yaxşı deyir ki,mayası xarab olan süddən qatıq olmaz. Elşad mənim ondan 1 milyon500 ABŞ dolları istədiyimi bildirir. Bəs görəsən Elşad niyə bu məlumatı indi deyir? 2009-cu ildə bizi məhkəməyə verəndə niyə o mənə qarşı pul məsələsini ortaya qoymadı?  Niyə o 2003-cü ildə bu barədə MTN-nə məlumat vermədi? Hüquq elmləri doktoru hara şikayət etmək lazım olduğunu məgər bilmirdi? Həmin vaxt o qardaşını həqiqətən  axtarırdısa, niyə  ondan pul istəyən şəxslər barədə prokurorluğa müraciət edib,məsələnin axırına çıxmadı? Guya onu Məşədi İbadın gününə salıb  ondan pul qoparmaq istəyiblər.Əslində isə o  qardaşının oğurlanmasında onları günahlandırmaqda tamam  başqa məqsədi olub. Qardaşı ilə bağlı axtarış başqa səmtə yönəlsin, qəzetlər onun axtarışı yönündə gedən araşdırıcı yazılar,yazmasın. Bəs görəsən 2009 -cu ilə qədər onu susmağa nə vadar edib? Onun qənim kəsildiyi, «Femida» «İdeal» «Təzadlar» qəzetləri məhz onun qardaşının axtarışları ilə bağlı, ABU-dakı saxtakarlıqlarla bağlı yzılar olmuşdur.  Hansı KİV-i ələ ala bilmədikdə,o dəqiqə şantaja keçir, professor ordusu hərəkətə keçərək  onlara pul təklif edib ,səsini yazır ,sonra şantaja keçərək onları susdurmağa nail olurdu. Bu üç mətbuata dırnağı kecmədiyinə görə olublar «adam oğruları. » Xalqın pullarını mənimsəyərək milyonlara sahib olan  Elşad üçün Asifi tutdurmaq nə idi ki?

Sadəcə o bununla öz gücünü digər KİV nümayəndələrinə göstərməklə onları susdurmağa cəhd edirdi. Diqqətlə baxın! Bu qədər yüksək keyfiyyətli aparaturaya malik olan şəxs,  niyə o videoların birində pulu verən anı çəkməmişdir?  Pul vermə momentlərini niyə o  lentə almamışdır? Bax maraqlı budur!  Sadəcə o qardaşı ilə bağlı kimlərəsə pul təklif edib və boş-boş cəfəngiyyatları lentə almışdır. Çünki özü çəkilişlərin getdiyini gözəl blib,ona görə də qarşısındakı şəxslə söhbətini istədiyi şəkildə qurub.  Şəxsən mən deyə bilərəm ki,necə o mənə böhtan atırsa,eyniylə digər şəxslərə də böhtan atır. Birinci əgər mən ondan pul istəmişəmsə onda görüntünü ortaya qoysun. Bizim məhkəməmizdə sən asanlıqla Asifi tora saldın. Çünki o səni kişi bilirdi. Daha o anlamadı ki,sən yubkalı kişilərdən də urvatsızsan!  Mən vaxtilə Asifə ona inanmamağı tövsiyyə edəndə, biz kişiyik dedi,sözümü qəribçiliyə saldı. Sonu da göz qarşısında idi. Bizim məhkəməmizdə iki hakim dəyişdi. Görünür hakim  Abbas Rzayev  şərəfsizliyə imza atmaqdan çəkindi. Sonra həmin işi  tələbə dostun Tahir İsmayılova verildi. Bu həmin  Tahirdir ki, «İdeal «-la çəkişmələrdə karına gəlmişdir. Baxmayaraq ki,mənimlə bağlı linqvistik ekpertizanın rəyi müsbət verilmişdi. Ürəyin soyumamış,Prezidentin göstətişinə qarşı çıxaraq öz “kruqunda” “Mən belə oğlanam» demişdin. Məhkəmədə sənin nüməyəndələrinə yalanlarını ifşa edərək, mənlə bağlı video çəkilişi tələb etdim. Çünki bilirdim ki,ora gedənlərin hamını lentə alırdın.  Bizə qarşı qaldırdığın iddia ərizəsini savadlı bir şəxs götürüb oxusa, sənin savadının  artıq qıcqırdığını anlayar. Ərizədə qardaşının,dilinin batmasını,bacılarınıın xəstələnməsinin günahını  bizdə görürdünsə,sonradan eyni yalanlarla   Akif Çovdarovu, Hilal Əsədovu, Sənanı  günahlandırırsan.

Qardaşının dilini sən özün batırmısan, bilirsən niyə?Çünki o həmişə deyirdi ki,niyə Mahirə görə ancaq mən və bir də bacım . .  ağlayır. . .   MTN-nə yazdığın həmin məktubda yazırsan.

» Yasamal rayon məhkəməsinin 07. 04. 2009-ci il tarixli hökmü ilə Asif həbs edildi..»Məhkəmənin önündə reket jurnalistin ailəsi etiraz edərək qışqşrır ki,Elşadın qardaşını Ramiz Mehdiyev oğurladıb, cəzasını biz çəkirik.  İki gündən sonra prezident Asifi azad etdi. «Yazıya diqqət edin. İnsan nə qədər şərəfsiz olar ki,bu qədər yalan danışar? Məhkəmədən çıxanda, mən,»Təzadların «iki əməkdaşı,bir də ATƏT-in bir nümayəndəsi var idi. Asifin yoldaşı orada yox idi. Oradan mən zəng edərək yoldaşına xəbər etdim. O gəlib,yoldaşı ilə görüşüb getdi. Ramiz Mehdiyevə böhtan atmaq istəyirsənsə alınmayacaq. . cünki sən qorxaq və yaramazsan.  Mən Ramiz Mehdiyevi müdafiə etmək fikrində deyiləm. Sadəcə kimiliyindən asılı olmayaraq onu  qaralayıb böhtan atmağına yol vermərəm.

Sən öz qardaşının harada olduğunu gözəl bilirsən. Bu gün yazdığın köhnə yazıları «raskrutka «etməyinin bir məqsədi var. Çünki Arzu Kazımovun məhkəməsi yaxınlaşır.  Onu yalan məlumatlarla, böhtanlayıb tutdurduğun üçün ifşa olunacağın göz önündədir.  Səni ona qarşı yönəldən, kiminsə diqtəsi ilə uydurduğun yalanların  açılacağından, ifşa olunacağından  qardaşağaların bərk narahatdır.  Mənə bir şey maraqlıdır.  Bu boyda pul söhbətlərində,bazarlıqlarda niyə pul görüntüləri  ortada yoxdur, hə? Niyə pulları verəndə bir dəfə də olsun onu lentə almamısan? Çünki “beş milyonluq video var” deməklə, şantajla  pul qazanırsan? Bu gün Fransada oturub Azərbaycanda “gic-gic” videolarınla çevriliş etmək xülyasındasan. Rusiyada güvəndiyin    saturyanlar, jirnovskilər sənin puluna görə sənə qardaşdıq edirlər.  Pulun qurtardıqdan sonra isə səni də  onlar digərləri kimi, yaş salfetka kimi,silibat acaqlar!!!

Əminəm ki,Fransada çox qaldıqca oranı da hop-hop quşlar kimi iylədəcəksən,.  Sənin hələ ABu-dakı əməllərin. ölüm hadisələri, Sevincin ölmü, orqan transplantasiyaları barədə çıxardığın hoqqaların  araşdırmaları hələ də  açıq qalb. Artıq oyun bitdi, Elşad! Sən uduzdun!Sənin “varotana” 2“qol”vuruldu. Sənin bundan sonra atdığın «pustoy» güllələrdir. Unutma “oyun bitəndən sonra, piyada da, şah da eyni qutuya qoyulur”  -deyirlər.  O qutuya ki,sənə havadarlıq edib havalandıran, sənə Spiker vəzifəsi vədəsi verən şah bildiyin  peşkalarınla.

P.S.”Bükə bilmədiyin əli gərək öpəsən”deyib atalarımız.Məncə , o əli öpməyə belə layiq deyilsən!!

Z.Məmmədova.

Teref.info

 

Subscribe to comments feed Şərhlər (0 göndərilib)

cəmi: | göstərilib:

Şərhinizi göndərin

  • Bold
  • Italic
  • Underline
  • Quote
17:07, 24.10.2014 - Rus polisinə mini-QADAĞASI
15:40, 24.10.2014 - Arvadının evini yandırdı
15:34, 24.10.2014 - Xəzərdə 3 nəfər itib
13:00, 24.10.2014 - Nazir detalları açıqladı
12:36, 24.10.2014 - Müəllimlərə xoş xəbər
12:20, 24.10.2014 - Hacıbalanı vurdular
12:00, 24.10.2014 - Hava kəskin soyuyacaq
10:35, 24.10.2014 - Ağdə gözlənilməz qonaq
17:40, 23.10.2014 - 23 min adama iş verilib

Anasının cənazəsini təhqir edən azərbaycanlı “peyğəmbər” - YENİLƏNDİ - TAM VİDEO
© Copyright 2012 Veteninfo.az | Saytın təsisçisi və Baş Redaktoru Nahid Canbaxışlı
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Ünvan: Badamdar Şossesi 123 | Qaynar Xətt: 012 502 66 23 | 070 673 84 74 | E-mail: info@veteninfo.az
Bu sayt De-mar Studiyasında, 2012-ci ildə hazırlanıb