image-avtobusbackend

Azərbaycan və Naxçıvan 39 milyon 527 min dollar dəyərində “avtobus-mikroavtobus-minibus” ixrac edib-TÜRKİYƏDƏN

image-reklam_sirab_01

Uludağ Avtomobil Sənayesi İxracatçıları Birliyinin yaydığı məlumata görə, (OİB) 2021-ci ildə Türkiyədən 83 ölkəyə 1 milyard 266 milyon 255 min dollar dəyərində avtobus, mikroavtobus göndərilib.

Veteninfo.az xəbər verir ki,Uludağ Avtomobil Sənayesi İxracatçıları Birliyinin saytında yer alan məlumatda deyilir ki, keçən il bu məhsul qrupunda sektorun ən çox ixrac etdiyi ölkə Fransa olub. Fransaya “avtobus-mikroavtobus-midibus” ixracı keçən il 2020-ci ilə nisbətən yüzdə 16,48 artaraq 286 milyon 772 min dollardan 334 milyon 22 min dollara yüksəlib.
İkinci yerdə olan Almaniyaya ixrac 2020-ci ilə nisbətən yüzdə 37 azalaraq 264 milyon 758 min dollardan 164 milyon 361 min dollara düşüb. Üçüncü yerdə olan İtaliyaya sektor nümayəndələrinin ixracatı 2020-ci ildə 131 milyon 927 min dollar ikən 2021-ci ildə yüzdə 34 azalaraq 86 milyon 278 min dollar olaraq qeyd edilib. Məlumata görə,ötən il Fransa, Almaniya və İtaliyaya “avtobus-mikroavtobus-midibus” ixracı bu qrupun ümumi xarici satışlarının 46 faizini təşkil edib.
Dördüncü sırada olan İsrailə keçən ilki “avtobus-mikroavtobus-midibus” ixracı 2020-ci ilə nisbətən 133 faiz artıb. 2020-ci ildə 36 milyon 380 min dollar olan bu ölkəyə ixrac 2021-ci ildə 85 milyon 79 min dollara yüksəlib. Əvvəlki ildə 51 milyon 977 min dollarlıq avtobus ixracı edilən Gürcüstan, 2021-ci ildə yüzdə 25 artım və 65 milyon 4 min dollarlıq ixracatla beşinci ölkə olaraq qeyd edilib. Bu dövrdə Macarıstana 56 milyon 66 min dollar dəyərindndə “avtobus-mikroavtobus-midibus” ixracı həyata keçirilib.
Azərbaycan da bu sıralamada öz payını alıb. Belə ki, Azərbaycana-Naxçıvana 39 milyon 527 min dollar dəyərində “avtobus-mikroavtobus-midibus” ixracı həyata keçirilib.
Bundan başqa Türkiyə şirkətləri Rumıniyaya 34 milyon 719 min dollar, Serbiyaya 31 milyon 884 min dollar, Portuqaliyaya 28 milyon 667 min dollar, Yunanıstana 27 milyon 786 dollar dəyərindndə avtobus,mikroavtobus və minibüs göndərilib.

Digər tərəfdən, ötən il 2020-ci ildə ixrac edilməyən Əfqanıstan, Qırğızıstan, Kamerun, Tayvan, Cape Verde, Tanzaniya, Toqo, Seneqala, Somali və Sudana 2021-ci ildə məhsul göndərilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki