image-1629281010_1622454272_1622454198_1622104937_186534227_171312231498755_4758647980771286335_n-1backend

“Azərsu” ASC-nin sədr müavini bu labirintdən çıxa biləcəkmi? – Etibar Məmmədovun başı dərddə

image-reklam_sirab_01
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sabiq sədri Qorxmaz Hüseynovun rəhbərliyi altında uzun illər ərzində həyata keçirilmiş yeyinti və maliyyə maxinasiyaları ilə bağlı təkzibolunmaz faktlar öz təsdiqini tapmaqdadır.
Sfera.az xəbər verir ki, ortaya çıxan ciddi faktlar bəzi vəzifəli şəxslərin cəzalanmasını aktuallaşdırıb. Belə vəzifəli şəxslərdən biri isə keçmiş sədr Qorxmaz Hüseynovun ən yaxın kadrlardan sayılan “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədovdur.
Məlum oldub ki, uzun illər “Azərsu” ASC-nin həyata keçirdiyi əksər bahalı və yeyintilərə yol verilmiş layihələrin baş rol ifaçısı məhz Etibar Məmmədov olub. Belə ki, tikinti-təmir işlərindən tutmuş, yeni su xətlərinin çəkilişinə qədər bütün layihələrdən küllü miqdarda vəsaitlərin “yoxa çıxması” bu məsələlərdə iştirakı şübhə doğurmayan Etibar Məmmədovu diqqət mərkəzinə gətirib. Əsaslı vəsait qoyuluşu üzrə dövlət büdcəsindən və digər maliyyə mənbələrindən ayrılmış vəsaitin idarə edilməsində yol verilmiş nöqsanların miqyası isə o qədər böyük olub ki, Etibar Məmmədovun başı ağrımalı olub.
image-1629281078_1622454252_1622454248_1622105015_15382-1562754338

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki