image-sevda-rehimovabackend

Əhməd Bakıxanov Musiqi Məktəbinin direktoru Sevda Rəhimova hər ay müəllimlərdən fond pulu toplayır- VİDEO-SƏS

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Dövlət Təhlükəsizlik Xidməti Mədəniyyət Nazirliyində xüsusi əməliyyat keçirib. Əməliyyat nəticəsində mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, nazirliyin Təchizat və Əmlak Şöbəsinin müdiri İlkin Nəsibov və Protokol Şöbəsinin rəisi Kamil Rzayev saxlanılıb. Nazirlikdə keçirilən əməliyyatdan sonra, nazirliyin balansında olan, Yasamal rayon ərazisində yerləşən tarzən Əhməd Bakıxanov adına  6 saylı Musiqi Məktəbinin direktoru Sevda Rəhimovanın məktəbin piano müəlliməsi Mahirə Kərimovadan aylıq 5 manat fond pulunu alması ilə bağlı redaksiyamıza video səs təqdim olunub.

 

Qeyd edək ki, Sevda Rəhimova təkcə adı hallanan müəllimdən deyil,eyni zamanda məktəbin bütün kollektivindən  aylıq əməkhaqlarının həcminə uyğun olaraq, 5 manatdan 25 manata qədər fond pulu topladığı qeyd edilir.

  Redaksiyadan: Bu səs yazısı ilə bağlı Sevda Rəhimovanın da mövqeini dərc etməyə hazırıq.

 

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki