image-1629705083_1629705068_1629281010_1622454272_1622454198_1622104937_186534227_171312231498755_4758647980771286335_nbackend

Gəncənin abadlığı üçün ayrılmış pullar “Azərsu”da necə peyda oldu? – “Etibar”lı nağdlaşma sxemi

image-reklam_sirab_01
Ötən yazımızda Gəncə şəhərində infrastruktur layihələrin gerçəkləşməsi və abadlıq işləri üçün ayrılmış 20 milyon manatın təyinatından yayındırılaraq mənimsənilməsi haqda yazmışdıq. Bu yazımızda isə həmin əməliyyatın reallaşma mexanizmi haqda məlumat verəcəyik.
Veteninfo.az xəbər verir ki, Sfera.az-a daxil olan məlumatda bildirilir ki, Gəncə şəhərində infrastruktur layihələrinin həyata keçirilməsi üçün ayrılmış 20 milyon manat Gəncə RİH-lə “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədovun ortaqlığı ilə mənimsənilib və bu ağlagəlməz sxem üzrə baş tutub.
Həmin 20 milyon manat ayrılmazdan öncə beynəlxalq maliyyə qurumlarının dəstəyi ilə Gəncədə bir sıra quruculuq-abadlıq işləri həyata keçirilib. Sonradan ayrılmış 20 milyon manatı “silmək” üçün isə “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov şeytanın belə ağlına gəlməyəcək bir plan qurur və bu planı reallaşdırır. Belə ki, görülmüş iş kimi məhz beynəlxalq maliyyə qurumlarının dəstəyi ilə həyata keçirilmiş layihələri göstərməklə həmin 20 milyon manatı “silib”. Başqa sözlə, tamamilə başqa maliyyə mənbəyi hesabına görülmüş işləri guya ayrılmış 20 milyon manata görülməsini rəsmiləşdirib.  
20 milyon manatın “yuyulması” isə 3 şirkət vasitəsilə həyata keçirilir. Pul əvvəlcə həmin şirkətlərin hesabına yönəldilir, daha sonra isə nağdlaşdırılaraq lazımi ünvanlara çatdırılır.
Etibar Məmmədovun əməkdaşlıq etdiyi həmin şirkətlər hansılardır?
 
Nağdalşdırılmış pullar kimlərə ötürülüb?
 
Bu maliyyə maxinasiyalarında daha kimlər olub?

Bu və digər sualların cavabını isə növbəti yazımızda oxuya biləcəksiniz.

İstinad:Sfera.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki