image-img-20220513-wa0040backend

“Misli”nin misilsiz soyduğu vətəndaşların anlamadığı həqiqət – Şəhərdəki “qumarxana”lardan REPORTAJ

image-reklam_sirab_01

Qumarı sadəcə oynadanlar qazanır.

Türkiyədə uğursuzluğa düçar olan, adı min cür fırıldaqda hallanan “Demirören Holding” “Azərlotereya”nı aldıqdan sonra ölkənin hər nöqtəsində adına şans, mərc oyunları deyilən “qumarxanaları” görmək olar.

Türkiyədə belə “Misli” və şans oyunları insanları qumara aludə etmişdi. “Demirören” qrup qısa zamanda bunu Azərbaycanda da bacarıb. Əvvəl metro çıxışlarında olan “poz-qazan” mənətəqələri az qalsın hər blokun girişinə belə qoyulub.

Bəzən düşünürük ki, bir manatdır. Gözə görünmür. Ancaq məntəqələrin sayının üstünə hər gün onun qabağına yığışan insanların sayını gələndə məbləğin nə qədər olduğunu təsəvvür etmək olar.

Azərbaycan qanunvericiliyində qumar qadağandır. Ancaq lotereya adı altında qumara təşviq var.

“Misli”ni bir qədər araşdıran zaman məlum olur ki, şans oyunu Türkiyədə məhşur olsa da, insanlar daha çox xarici şirkətlərə üz tuturlar. Bunun səbəbi də oyundakı fırıldaqlar, uduşun az verilməsidir.

Bundan əlavə şirkətin özünün adının müxtəlif olaylarda hallanmsı insanları ondan uzaq tutur. Şirkətin böyük maliyyə fırıldaqlarında, çirkli pulların yuyulmasında hallanır.

Gələk Azərbaycana.

Türkiyə şirkətinin “Azərlotereya”nı alana qədər bu sahəyə Azərbaycanda çox az sayda insan maraq göstərirdi. İndi isə vəziyyət o həddə çatıb ki, az qalsın hər kəs “poz-qazan” oynasın.

Şəhərin bir neçə məntəqəsində olduq. İlk yaxınlaşdığım yerdə satıcı bildirir ki, bu oyun yox tələdir:

“Vallah boş şeydir. Yalandan deyirlər, o qədər udmaq olar, bu qədər udmaq olar. Bir neçə aydır bu məntəqənin arxasında dayanmışam. Cəmi bir dəfə 10 min manatın udulduğunun şahidi olmuşam. Lotereyalara uduş qoymurlar. İşsiz idim deyə bu işlə məşğul oluram. Müxtəlif sahənin insanları gəlib, alıb yoxlayırlar. Böyük hissəsi də peşman olub gedirlər. Ancaq bu elə bir şeydir ki, insanları aludəçi edirlər”.

Narkotik, qumar və lotereya aludəçilik yaradır. Dünən cibindəki son qəpiyini belə buna qoyub uduzub, söyə-söyə gedənlər, sabah əlinə 5 manat düşən kimi yenə özünü lotereya mənətəqələrinin önündə tapır.

Adamlar var ki, bəzən ardıcıl, 100-200 ədəd lotereya silir. Söyür, tüpürür, ancaq heyf almaq üçün yenə gəlir.

Başqa bir məntəqədə olarkən satıcı deyir, neçəsinə qardaş, bacı bəlkə yetər deyirik, ancaq nə fayda…

Satıcının danışdıqlarından:

“Bir qadın gəldi. Əvvəl 5 ədəd istədi. Beş lotereyadan cəmi 2 manat uddu. Əsəbləşdi, dedi 5 ədəd də ver, uduzduğumu çıxarım. Beləcə 100 manatı getdi. Dedim, xanım, bəlkə dayanasınız, bəlkə bu gün sizin gün deyil. Dedi, yox ee, krediti ödəməliyidim, 100 manat getdi. Onu çıxarım bəlkə. Biz heç kimə yox deyə bilmərik. Beləcə digər 100 manat da getdi. Az qalırdı ağlasın. Ağıllandı? Yox, aradan bir həftə keçmişdi qonşu mənətəqədə pozub qazanmağa girişdi. Guyə mənim əlim bəd imiş Orda da 100 manat uduzub getdi”.

Misli mənəqələrinin birinin qarşısındayıq. Mənzim Komunal Təsərrüfatının işçiləri “poz-qaz” girişiblər.

Çıxanda aralarında danışıq hər şeyi deyirdi:

– Az, sənə dedim axı, bu qumarı yığışdır.

– Hər dəfə 2-3 manatlıq alıram ki, bəlkə bu zibil süpürməkdən canım qurtara. Hər dəfə də 2-3 manatlıq zibilə düşürəm…

28 may metrosunun qarşısında 5 məntəqə birdən var. Hər birinin qarşısında isə 5-6 adam. Təxminən yarım saat izləyirik. Başın yelləyib getməyən görmürük.

Məntəqələrdən birinə yaxınlaşıram. Satıcı deyir, Füzulidə bir nəfər 200 min manat udub. Yəqin videosunu görmüsünüz. Gördüyümüzü təsdiq edirik. Deyir, indi hamı axın edəcək pozub qazanmağa. Satıcı ilə söhbət edərkən bir yaşlı kişinin bir manatı uzadıb, pozub atdığının və lotereyanı, qumarı söydüyünə şahidlik edirəm.

Sual verilir, dayı, həm söyürsünüz, həm oynayırsınız?

Qalstuklu, qoltuğunda papka olan kişi deyir, bala mənim 4 kitabım çıxıb. Neft sahəsi üzrə mütəxəssizəm. Ad soyadı Xəlil Zeynalov olan şəxs deyir, arada bir manatlıq pozuram ki, bəlkə yaxşı pul uddum, 5 hazır kitabım var, onları çap etdirim.

İzahsız şeylərin mizahı olduğu kimi, sabaha ümidi olmayanlar da çarəni şansda axtarır. Şansa inanlar isə bilmir ki, qumarı ancaq oynadanlar qazanır.

Xüsusi olaraq, İNTERPRESS.AZ saytı üçün

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki