image-c34f4865-f9c6-4f67-a251-8fa54933334a-1-768x403backend

Moldovadakı səfirimiz “Karabakh is Azerbaijan”: Azərbaycan-Moldova Gənclər Forumunun təşkilatçılarını qəbul etdi

image-reklam_sirab_01

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyilə bağlı Moldova Respublikasında “Karabakh is Azerbaijan” – Azərbaycan-Moldova Gənclər Forumu keçiriləcək. Forum Azərbaycan Gənclər Fondunun dəstəyi, Azərbaycan Respublikasının Moldova Respublikasındakı səfirliyinin tərəfdaşlığı “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə keçiriləcək.

Foruma qatılmaq üçün Azərbaycandan Moldovaya gedən nümayəndə heyəti öncə Ulu Öndər Heydər Əliyevin Kişinyovdakı büstünü ziyarət edib, büstün önünə gül dəstələri qoyub.

Daha sonra forum təşkilatçıları Azərbaycanın Moldova Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanovla görüşüblər.

Görüşdə “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimayi Birliyinin sədri, “Diaspor” İnformasiya Mərkəzinin direktoru Toğrul Allahverdili, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər və “DAVAM” Gənclər Hərəkatının sədri Nihad Allahyarlı iştirak ediblər.

Səfir Qüdsi Osmanov forumun proqramı ilə maraqlanıb, ona gündəlik barədə məlumat verilib. Səfir Moldova-Azərbaycan əlaqələrinin millətlər səviyyəsinə qaldırılması üçün sözügedən layihənin icrasının önəmindən bəhs edib.

Öz növbəsində, Toğrul Allahverdili forumun keçirilməsinə verdiyi dəstəyə görə səfirə təşəkkür edib, ölkəmizin diplomatik nümayəndəliyinin qayğısını hər zaman hiss etdiklərini deyib.

Görüşün sonunda Toğrul Allahverdili səfir Qüdsi Osmanova “Təşəkkürnamə” təqdim edib və xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, 16-22 yanvar tarixində gerçəkləşəcək işgüzar səfər zamanı Kişinyovda “Karabakh is Azerbaijan” – Azərbaycan-Moldova Gənclər Forumu və sərgi keçiriləcək, Moldovanın dövlət qurumları və ictimai institutları ilə görüşlər baş tutacaq.

image-c34f4865-f9c6-4f67-a251-8fa54933334a image-879c4600-3f79-48ef-ad58-f39f8577eb16 image-f9303c99-3dc6-4853-b48e-13ce39ab6ef9 image-2e34e058-d801-4323-8913-168dc6b701f9 image-93502ac3-7bb3-4dda-8619-34e06587fc5c image-419b42bb-7ce2-4764-9467-36e19cdb8509 image-c34f4865-f9c6-4f67-a251-8fa54933334a-1-768x403 image-img-20230117-wa0036 image-img-20230117-wa0035 image-img-20230117-wa0034 image-img-20230117-wa0033 image-img-20230117-wa0032 image-img-20230117-wa0031


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki