image-hhhhbackend

Sevda Rəhimovanın direktor olduğu 6 saylı musiqi məktəbində nələr baş verir?

image-reklam_sirab_01

Son bir neçə ayda respublika ərazisinin müxtəlif rayon və şəhərlərində məktəb direktorlarının rüşvət videoları,müəllimləri “Tasa”otuzdurma səsləri,şagirdlərə qarşı qanundankənar hərəkətləri haqqında geniş məlumatlar yayılmaqdadır. Bu yayılan videolar,direktorların hərəkətləri ilə bağlı addımlar əlbət də cavabsız qalmır. Dövlətin müvafiq orqanları belə halları bağışlamadığı kimi,eyni zamanda bu direktorlara qarşı ciddi tədbirlər belə görürlər.

Amma maraqlıdır ki, baş verənlərlə bağlı nəticə çıxarmaq yerinə, hadisələrdən dər almayanlar öz əməllərini davam etdirməkdədirlər.

 

Sanki musiqi ocağı deyil,rüşvət  məbədidir

 

Mədəniyyət və Turizim nazirliyinin balansındakı Bakıdakı 6 saylı Uşaq Musiqi məktəbinin direktoru Sevda Rəhimova deyəsən,digər həmkarlarının əməllərindən nəticə çıxarmaq yerinə “Burda mənəm, Bağdatda kor xəlifə”prinsipinə daha çox üstünlük verir. Elə bu səbəbdəndir ki, Sevda Rəhimova rəhbəri olduğu musiqi məktəbbində “ölücanlar”dan və fondpulu,süpürgə pulu adı altında vəsaiqtlər toplamaqda davam edir.

 

Redaksiyamıza daxil olan məlumata görə, xanım Rəhimova həqiqi mənada bu musiqi ocaqğında bazar açıb. Hətta təlkcə Sevda Rəhimova fond pulu,süpürgə pulu toplamır,eyni zamanda məktəbdə təhsil alan şagirdləri,məktəbin müəllimlərin belə təhqir etməkdən çəkinmir.

 

Haqqını-hüququnu tələb edən müəllimləri isə, Bakı şəhər Mədəniyyət baş İdarəsinin rəhbərliyi ilə qorxutmağa çalışır.

Redaksiyamıza daxil olan məlumatda vurğulanır ki, artıq Sevda Rəhimova ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub. Məktəbin müəllimləri,eyni zamanda bəzi valideyinlər direktorun əməllərindən boğaza yığıldıqlarından, musiqi məktəbini rüşvət yuvasına çevrilməsinə dözməyən müəllimlər,Rəhimovaya qarşı qanunun sərt üzünün göstərilməsini istəyirlər.

Məlumata görə, məktəbdə üç xadimə işləməli olduğu halda,Sevda Rəhimova bir xadiməni kölə olaraq işlədir.Digər xadimələrin adları əməkhaqqı cədvəlində olsa da,onları musiqi məktəbində görən olmayıb. Yəni Sevda Rəhimova illərdir dövlət tərəfindən musiqi məktəbində iki xadimə üçün ayrılan vəsaitləri mənimsəməkdədir.image-ttttttttttttttt

Belə olduqda da onun Azərbaycan dövlətinin büdcəsinə vurduğu maddi ziyanı siz düşünün.

Bu azmış kimi Sevda Rəhimova məktəbin müəllimlərinin ezamiyyət pullarına göz dikir,eyni zamanda məktəb həmkarlar komitəsinin vəsaitlərini belə mənimsəməkdən çəkinmədiyi də daxil olan məlumatlarda vurğulanır.

Maraqlıdır ki, məktəbdə Sevda Rəhimovanın bu yaratmaz əməllərinə qarşı mübarizə aparan müəllim və valideyinlərin harayına Bakı şəhər MTİ-nin rəhbərliyi belə ehtinasız yanaşmaqdadır.

Görünür elə Sevda Rəhimova da məhz onun tabe olduğu idarənin bu səssizliyindən istifadə edərək, “At oynatmaqda”.

Əsas məsələ dövlətin müfafiq orqanlarıdır. Artıq məlumatlara görə,həm DİN-nə,eyni zamanda Respublika Prokrorluğuna Sevda Rəhimovanın məcaraları ilə bağlı şikayətlər olunub və yəqin ki, dövlətin hər iki orqanı Sevda Rəhimovanın əməlləroin aşkara çıxarmaq üçün elə də uzun bir zaman xərcləməzlər.

Bir məqamı da diqqətinizə çatdıraq ki, redaksiyamıza Úil olamn məlumata görə, Eevda Rəhimova məktəbdə saxladığı “ölücanlar”ı gizlətmək üçün hərəkətə keçib. Amma unudur ki,dövlətin müvafiq orqanları o ölücanları ortaya çıxarmaqda daha təcürbəlidirlər.

Redaksiyadan: Qarşı tərəfin də mövqeini dərc etməyə hazırıq.

Sosial şöbə

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki