Haqqımızda

Veteninfo.Az” İnformasiya Agentliyi 17 Mart 2012-ci ildə fəaliyyətə başlayıb və müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur.

www.veteninfo.az saytında Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, digər Qafqaz ölkələrində, habelə dünyada baş verən maraqlı xəbərlər oxuculara çatdırılır. Bundan başqa, internet qəzetdə müxtəlif sahələrdən bəhs edən müsahibələr,reportajlar, müəllif yazıları işıqlandırılır.

İnformasiya agentliyi siyasi və sosial qrupların heç birinə qarşı ayrı-seçkilik etmir, tam obyektiv və müstəqil olaraq, şərhsiz xəbər yayır. Bu media layihəsinin işində redaksiyanın yaradıcı kollektivi ilə yanaşı oxucular da aktiv iştirak edə bilərlər. Redaksiyada və agentliyin internet saytında “qaynar-xətt” fəaliyyət göstərir ki, oxucuların qarşılaşdıqları hadisələrlə bağlı redaksiyaya operativ məlumat vermək imkanları var.

Veteninfo.Azın yaradıcı kollektivi Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, QHT-ləri, hüquq-mühafizə orqanlarını aktiv əməkdaşlığa dəvət edir.

Təsisçisi və baş redaktor: Nahid Canbaxışlı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image