image-reklam-veteninfo
image-1-den-spidbackend

1 Dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə bağlı maarifləndirmə tədbiri keçirilib

image-reklam-veteninfo

Hər il 1 dekabr tarixində qeyd olunan Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar “Gender və Tərəqqi” Maarifləndirmə İctimai Birliyi tərəfindən İİV haqqında məlumatlılığın artırılması və profilaktik davranışların təşviqi məqsədilə maarifləndirmə tədbiri keçirilib.

Bir dekabr tarixində keçirilən tədbirdə 25 nəfər iştirak edib.

Tədbir zamanı İİV-in ötürülmə yolları, infeksiyadan qorunma üsulları, təhlükəsiz cinsi davranış, prezervativ və lubrikantlardan istifadə, vaxtında İİV testindən keçməyin əhəmiyyəti barədə məlumat verilib.

İştirakçılara həmçinin İİV-in erkən müəyyən edilməsinin və tibbi xidmətlərə vaxtında müraciətin əhəmiyyəti izah olunub. İİV-lə yaşayan şəxslərin müalicə almasının həm öz sağlamlıqları, həm də ictimai sağlamlıq baxımından əhəmiyyəti xüsusi vurğulanıb.

Tədbir çərçivəsində iştirakçılara pulsuz profilaktik vasitələr təqdim olunub və İİV testi ilə bağlı xidmətlər haqqında məlumat verilib.

“Gender və Tərəqqi” Maarifləndirmə İctimai Birliyi tərəfindən Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə bağlı tədbirlərin keçirilməsi artıq uzun illərdir təşkilatın profilaktik fəaliyyətinin mühüm hissəsini təşkil edir.

Təşkilat hesab edir ki, İİV-lə mübarizə yalnız tibbi məsələ deyil. Effektiv profilaktika üçün maarifləndirmə, erkən test, tibbi xidmətlərə yönləndirmə və cəmiyyətin məlumatlılığının artırılması paralel şəkildə həyata keçirilməlidir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki