Özbəkistanda fəaliyyət göstərən Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi “İlin ən yaxşı milli-mədəni mərkəzi” nominasiyasında üçüncü yeri tutub.
Vətəninfo.az xəbər verir ki, Özbəkistanın Mədəniyyət və Turizm Nazirliyinin və “ZOR TV” teleşirkətinin birgə təşkilatçılığı ilə baş tutan təntənəli mərasimdə mədəniyyət və incəsənət sahəsində “Yeni Özbəkistanın ulduzları” Milli Mükafatı və müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim edilib.
Mədəniyyət və Turizm Nazirliyinin nəzdindəki Millətlərarası Münasibətlər və Xarici Ölkələrlə Dostluq Əlaqələri üzrə Komitənin sədri Rustambek Kurbanov və sədr müavini Azamat Toşev 3-cü yeri tutan Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzini təbrik edib. Mərkəzin rəhbərinə və gənclər qolunun fəallarına fəxri fərmanlar və xatirə hədiyyəsi təqdim edilib.
Qeyd edək ki, artıq ikinci ildir ki, “İlin ən yaxşı milli-mədəni mərkəzi” nominasiyasının qalibləri ictimaiyyətin onlayn səsverməsi nəticəsində müəyyən olunur.