image-1backend

10 milyon azərbaycanlı GİROVLUQDA – həmin SAZİŞDƏ açıq-aydın göstərilib ki… – İLGİNC TƏHLİL

image-reklam_sirab_01

ABŞ-a bağlı “eurasiareview” saytında gedən “Why The UN Has Got It Wrong On Genocide” (BMT niyə soyqırımla bağlı səhv edir) adlı məqalədə tanınmış siyasi təhlilçi Taras Kuzio maraqlı məqamlara toxunur.

https://www.eurasiareview.com/15092023-why-the-un-has-got-it-wrong-on-genocide-oped/

O, Azərbaycanda və Ukraynada baş verən prosesləri müqayisə edir. Biz daha çox Azərbaycanla bağlı hissələrə xüsusi diqqət ayırdıq.

Taras Kuzio yazır ki, Ermənistanın “genosid” terminindən sui-istifadə etməsi istehza doğurur, çünki I Qarabağ müharibəsində erməni silahlıları çoxsaylı hərbi cinayətlər törədiblər, kütləvi şəkildə insan haqları pozuntularına yol veriblər. Bu, Beynəlxalq Cinayət Məhkəməsi yaranandan daha əvvəl baş verdiyinə görə bu hərbi cinayətlər BCM tərəfindən araşdırılmır. Erməni qüvvələri 750 mindən 1 milyona qədər azərbaycanlını Ermənistandan qovub və 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan ərazilərində etnik təmizləməyə məruz qoyub. 4 min Azərbaycan əsgəri və mülki vətəndaş itkin düşüb, ehtimal ki, I Qarabağ müharibəsi zamanı öldürülüb. Erməni işğalçı qüvvələri təhqiramiz şəkildə Azərbaycan ərazisinə yüz minlərlə mina qoyub, çoxsaylı mədəni, tarixi və dini tikililəri, qəbiristanlıqları dağıdıb. Azərbaycan və Ukrayna dünyada ən çox minalanan ölkələrdir.

Qarabağdakı kiçik erməni azlığı Qarabağ bölgəsinin Azərbaycanın suveren ərazisi olduğunu qəbul etməkdən imtina etdiyi üçün təzyiqlərə məruz qalıb. Qarabağdakı 50 min erməni İrəvanın Azərbaycanla sülh müqaviləsi imzalamasına razılıq verməkdən imtina edərək 3 milyon ermənini və 10 milyon azərbaycanlını girov saxlayır.

Qarabağ erməniləri 2020-ci ilin noyabrında II Qarabağ müharibəsinin sonunda imzalanmış atəşkəs sazişini yerinə yetirməkdən imtina edirlər. Atəşkəs sazişində açıq-aydın göstərilib ki, Ermənistan silahlı qüvvələri Rusiya sülhməramlılarının yerləşdirilməsi ilə eyni vaxtda nizami və yarımhərbi birləşmələr Azərbaycanın Qarabağ bölgəsini tərk etməlidir. Bu, heç vaxt baş vermədi və İrəvan qeyri-qanuni yollarla və Rusiya sülhməramlı qüvvələrinin gizli dəstəyi ilə Qarabağa hərbi texnika və yeni qüvvələr göndərməkdə davam etdi.

Nikol Paşinyan 5 ildir ki, Ermənistanın baş naziridir və buna görə də Ermənistanın Qarabağda qeyri-qanuni hərbiləşdirilmiş qüvvələri saxlamaqla atəşkəs razılaşmasının yerinə yetirməməsinə görə birbaşa məsuliyyət daşıyır. Qarabağda qeyri-qanuni hərbiləşdirilmiş qüvvələri silah-sursatla təmin etdiyinə görə Paşinyanı sülh müqaviləsinə sadiq qaldığını iddia etmək olmaz.

Taras Kuzio Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Ocampo-nun 7 avqust tarixli “soyqırım iddiaları”ına da toxunur. “Temple Garden Chambers” hüquq firmasının nümayəndəsi Rodney Dixonun irəli sürülən bu ittihamların əsassız olduğunu faktlarla sübut edən fikirlərinə istinad edir. Luis Moreno Okamponu məqsədli şəkildə faktları təhrif etməkdə suçlayır.

Müəllif məqalənin sonunda vurğulayır ki, BMT Qarabağ ermənilərinə qarşı genosid olduğunu iddia etməklə səhvə yol verir və ukraynalılara qarşı soyqırım olduğunu inkar etdiyinə görə də onu haqlı saymaq olmaz. Bu kimi yanaşmalar BMT-ni peşəkar və hörmətli beynəlxalq təşkilat kimi nüfuzdan salır.

Elbəyi HƏSƏNLİ, SÜRİX


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki