image-img-20241026-wa0075backend

Tural Kosayevi qətlə yetirən şəxs həbs edildi

image-reklam_sirab_01

Kosayev Tural Kamil oğlunun ölüm faktı üzrə aparılan ibtidai araşdırma başa çatıb. Bu barədə Vətəninfo.az-ın sorğusuna cavab olaraq Bakı hərbi prokurorluğundan bildirilib.

Bakı hərbi prokurorluğunda istintaqı yekunlaşdırılan cinayət işi üzrə muvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Allahverdiyev İsmayıl İbrahim oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü (Ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 228.2.2-ci (Təkrarən qanunsuz olaraq odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını saxlama və gəzdirmə), 232.2.3-cü (öz qulluq mövqeyindən istifadə etməklə odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını talama) və digər maddələri ilə ittiham elan edilmiş və iş baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki