image-1backend

12 il sonra Hələbdə Türkiyənin Baş Konsulluğu fəaliyyətə başlayacaq

image-reklam_sirab_01

Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyənin Suriyanın Hələb şəhərindəki Baş Konsulluğunun yanvarın 20-dən fəaliyyətə başlayacağını açıqlayıb.

Vətəninfo.az xəbər verir ki, bu barədə Fidan Ankarada Suriyanın yeni administrasiyasının xarici işlər naziri Əsəd Həsən Şeybani ilə görüşdən sonra bildirib.

Fidanın sözlərinə görə, konsulluq 12 illik fasilədən sonra açılacaq. “Ümid edirik ki, Hələbdəki baş konsulluğumuz yanvarın 20-dən fəaliyyətə başlayacaq. Ümid edirik ki, Türk Hava Yollarının uçuşları tezliklə görəcəyik”.

Türkiyənin terror təşkilatlarına qarşı mübarizədə üçüncü ölkələrlə əməkdaşlıqda əhəmiyyətli təcrübəyə malik olduğunu qeyd edən Hakan Fidan, Suriyanın yeni administrasiyası ilə də oxşar əməkdaşlıq etmək istədiklərini vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image