image-1backend

149 saylı məktəbdə pul yığımına start verildi- Rəhilə Baxşiyeva nə tapşırıq verib?  

image-reklam_sirab_01

Hər il 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində orta məktəblərdə pul yığılması ilə bağlı müzakirələr başlayır.

Elm və Təhsil Nazirliyi məktəb direktorlarına, müəllimlər xəbərdarlıq ünvanlasa da, valideynlərə pul yığmamaları üçün çağırış etsə də kampaniyanın qarşısını tam şəkildə almaq mümkün olmur.
Belə hallar olması paytaxt məktəblərində sosial şəbəklərdə müzakirə olunur.
Vətəninfo.az-a daxil olan məlumat görə Xocalı şəhidi Elçin Şəmiyevin adı verilən Xəzər rayonu Binə qəsəbəsində 149 saylı orta məktəbdə pul yığımına start verilib.

image-2

Yuxarı sinif rus dilli sektorda təhsil alan şagirdlər 50 manat, Azərbaycan dili sektorunda təhsil alanlar üçün 30-40 manat, aşağı siniflər üçün isə 20-30 manat arası pul yığımı həyata keçirilir. Birinci siniflər üçün isə 30 manatdan pul yığılır.

Məlumatda qeyd olunur ki, hər sinifdən uşaq sayı hesabına görə məktəbin rəhbəri Rəhilə Baxşiyevaya 10 manatdan pul verilməlidir. Pul yığımına isə müəllimlər arasında cavabdehlik daşıyan müavinləri Vəfa Əlnağıyeva və Namiq Ələkbərov icra edildiyi bildirilir.

Qeyd edək ki, 149 saylı məktəbdə dörd min şagird təhsil alır və bu pul yığımında fantastik rəqəm alınır. Belə ki, yığımdan sonra direktor Rəhilə Baxşıyeva 40 minlik premium sinfinə aid avtomobil almaq iqtidarında olacaq.

149 saylı məktəblə əlaqə saxlamaq mümkün olmadı.

Elm və Təhsil Nazirliyinin qaynar xəttinə məlumat verilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə bildirilib ki,  qeyd olunan məsələ ilə bağlı müvafiq araşdırma aparılacaq, nəticəsi haqqında əlavə məlumat veriləcək.

Yazıda adları keçənlərində fikirlərini dərc etməyə hazırıq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image