image-4backend

15 oktyabrda Qarabağ probleminin son nöqtəsi qoyuldu

image-reklam_sirab_01

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev ötən il oktyabrın 15-də Xankəndidə Azərbaycanın Dövlət Bayrağının ucaldılması ilə bağlı tarixi missiyasını yerinə yetirdikdən sonra  bildirdi: “Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi”.
Prezident İlham Əliyev xalqına, vətəninə və verdiyi vədlərə sadiq liderdir. Onun dövlətə rəhbərlik etdiyi 21 illik dövrdə ölkəmiz inkişaf, intibah və qələbə mərhələlərini yaşayır. Ötən 21 ildə Azərbaycan dövləti iqtisadi və siyasi müstəqilliyini təmin edərək dünyada sözün sahibi olan nüfuzlu tərəfdaşa çevrilib. Təbii ki, hər tərəfli inkişafı təmin etmək üçün geniş islahatların aparılması qaçılmaz idi. Dövlət başçımızın rəhbərliyi altında ölkəmizdə aparılan islahatlar həyatımızın hər bir sahəsini əhatə etdi. 2003-cü ildə cənab Prezident İlham Əliyev bu yola çıxanda xalqa sədaqətlə xidmət edəcəyinə vəd verərək bu çətin və məsuliyyətli vəzifəsini öz çiyninə götürdü. Bu, həm də Ulu Öndərin Prezident İlham Əliyevin qarşısında qoyduğu vəzifələr idi. Azərbaycan dövləti inkişaf etdi, gücləndi və döyüş meydanında öz ərazilərini düşmən tapdağından azad etdi.
Düz dörd il əvvəl 44 günlük Vətən müharibəsində torpaqlarımız işğaldan azad olunanda çoxları Xankəndinə niyə girmədiyimizi sual verirdi. Hətta xaricdə oturub düşmənlərimizin sifarişilərini icra edənlər bu məslədən dövlət siyasətimizə kölgə salmaq üçün istifadə etdilər. Ölkə başçımız bütün prosesləri görür və hər bir məsələyə böyük səbirlə yanaşırdı. Hətta onların cavabı olaraq “nəyi, necə və nəzaman etmək lazım olduğunu bunu mən bilirəm” deməklə kifayətlənmişdi. Zaman ölkə başçımızın dediyi sözlərinin reallıq olduğunu sübut etdi. Artıq 2023-cü il 15 oktyabrda dövlət bayrağımız Xankəndində də ucaldıldı. Azərbaycan dövləti bütün ərazilərində suverənliyini bərpa etdi. Biz artıq Xankəndinə, Xocalıya və Xocavəndə də qayıtmışıq. Bundan sonra bu ərazilərə də dövlət bayrağımız altında sülh, əmin-amanlıq və inkişaf gələcəkdir. Bütün uğurlara məhz Prezident İlham Əliyevin liderliyi sayəsində nail oluruq.
Xalqımız bütün dünyaya sübut etdi ki, həqiqətən, Torpaq uğrunda ölən varsa, Vətən olur. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin, qəhrəmən Ordumuzu qorusun. Azərbaycan xalqı dost və qardaş ölkələrin öyünə biləcəyi, bədxahlarımızı isə olduqca məyus edən başqa bir həqiqəti də dünyaya nümayiş etdirdi. Nümayiş etdirdi ki, o, öz Prezidentinə tərəddüdsüz güvənir və qəbul etdiyi taleyüklü qərarların uğruna zərrə qədər şübhə etmir. Xalqımız dünyaya sübut etdi ki, qüdrətli Öndərsiz heç bir xalq tarixi zirvələri fəth edə, uğur qazana bilməz. Tarixdə şəxsiyyət faktorunun rolunu kiçildən və ya ona dəyər verməyən istənilən cəmiyyət özünü bu cür nailiyyətlərdən məhrum etmiş olur.  Məhz buna görə tariximizə həkk olunan ən böyük həqiqət ondan ibarətdir ki, Azərbaycanın dövlət müstəqilliyinin qorunması, güclü və müstəqil Azərbaycanın qurulması ilə bağlı şanlı tariximizin təməlində Heydər Əliyevin xilaskar imzası, tarixi Zəfər salnaməsinin altında isə Ulu Öndərin siyasi varisi Prezident İlham Əliyevin müzəffər imzası dayanır.

Altay Əliyev – Şəhid ailələri, əlillər və müharibə veteranlarının müdafiəsi İctimai Birliyinin fəxri üzvü


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki