image-reklam-veteninfo
image-1backend

19 türk millət vəkili Almaniya Federal Parlamentinə seçilib

image-reklam-veteninfo

Almaniyada  keçirilən milli seçkilərdə 19 türk əsilli namizəd federal parlamentə (Bundestaq) deputat seçilib.

Vətəninfo.az xəbər verir ki, türk millət vəkillərindən 7-si Sosial Demokrat Partiyasından (SPD), 7-si Sol Partiyadan (Die Linke), 2-si Xristian Demokrat Partiyasından (CDU), 2-si Yaşıllar Partiyasından (Grüne) və 1-i Xristian Sosial Birlikdən (CSU) seçilib.

Əvvəlki Almaniya parlamentində (20-ci) türk deputatların sayı 18 idi.

Mənbənin bildirdiyinə görə, Almaniyada ilk dəfədir ki, Xristian Sosial Birlik partiyası seçkilərdə türkiyəli şəxsin namizədliyini irəli sürür.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki