image-reklam-veteninfo
image-1backend

20 mindən çox tələbə universitetlərdən QOVULDU

image-reklam-veteninfo

Qırğızıstanın Milli Təhlükəsizlik Dövlət Komitəsi (MTDK) apardığı antikorrupsiya auditindən sonra xaricilər də daxil olmaqla 20 mindən çox tələbənin yerli universitetlərdən xaric edildiyini bildirib.

“Qırğızıstanın ali təhsil sistemində korrupsiyaya qarşı mübarizə üzrə davam edən tədbirlər çərçivəsində Milli Təhlükəsizlik Dövlət Komitəsi ölkənin ali məktəblərində sistemli pozuntu faktlarını müəyyən edib”, – “İnterfaks” hökumət qurumunun sitatını dərc edib.

Bildirilib ki, tədris prosesində faktiki iştirak etməyən, lakin tələbə kimi qeydiyyata alınan şəxslər müəyyən edilib. Bu faktlar əsasında Qırğızıstan Cinayət Məcəlləsinin “Vəzifə saxtakarlığı” maddəsi ilə cinayət işi açılıb. Ölkə üzrə 20 mindən çox tələbə xaric edilib.

MTDK bildirib ki, xaric edilənlər arasında Pakistan, Hindistan, Banqladeş, Özbəkistan, Tacikistan və digər ölkələrdən olan tələbələr var. Onların bir çoxu Oş və Bişkekdəki tibb fakültələrində təhsil alıblar.

Hindistan və Pakistandan olan çox sayda tələbələr Qırğızıstanda təhsil alırlar, çünki buradakı təhsil onların öz ölkələrindən xeyli ucuzdur. Amma hələ 2020-ci ildə Pakistan hökuməti Qırğızıstanın bütün tibbi universitetlərini qara siyahıya daxil edib. Pakistanlılara həkim və tibb bacısı ixtisasları üzrə bu universitetlərdə təhsil almaq tövsiyə edilməyib. Pakistan bu qadağanı təhsilin aşağı keyfiyyəti ilə izah edib. İddia olunub ki, Qırğızıstan tibbi universitetlərinin məzunlarının 90 faizi öz vətənlərində sertifikasiya imtahanlarından keçə bilməyib.

2024-cü ildə Qırğızıstanda Hindistan, Pakistan və Banqladeşdən olan tələbələrin yerləşdiyi yataqxanalara hücumlar baş verib. İnsident nəticəsində 29 nəfər xəsarət alıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki