Baltik regionunda keçirilən birgə təlimlərdə NATO ölkələrindən minlərlə hərbçi iştirak edir.
Vətəninfo.az xəbər verir ki, Rusiyanın Ukraynaya təcavüzündən sonra strateji əhəmiyyət kəsb edən Baltik dənizi regionunda keçirilən hərbi təlimlərdə NATO-nun 20 ölkəsindən 9 minə yaxın hərbçi iştirak edir.
İsveç əvvəllər Baltops təlimlərində iştirak edib, lakin bu ilin əvvəlində alyansa qoşulduqdan sonra bu il ilk dəfə NATO-nun tamhüquqlu üzvü kimi iştirak edir.
Təlimlər zamanı onlar dəniz minalarının trolu, sualtı qayıqların aşkarlanması, desant qoşunları və kütləvi itki vəziyyətində həkimlərin hərəkətlərini məşq edirlər.
Təlimlər Baltik dənizində, İsveçdə və onun strateji əhəmiyyətli Qotland adasında, həmçinin Litva, Polşa və Almaniyada keçirilir.
Cümə axşamına qədər davam edəcək təlimə 50-yə yaxın gəmi, 45 təyyarə və helikopter cəlb olunub.