image-reklam-veteninfo
image-1backend

200 nəfər yerin altında qalıb: Rusiyanın Ukraynaya güclü hücumu

image-reklam-veteninfo

Ukraynanın Hərbi Hava Qüvvələrinə istinadən Vətəninfo.az-ın verdiyi məlumata görə , ötən gecə Rusiya ordusu Ukraynanın müxtəlif ərazilərinə genişmiqyaslı hava hücumu həyata keçirib. Rusiya silahlı qüvvələri Krımdan 3 ədəd “İskəndər-M/KN-23” ballistik raketi və 60-dan çox “Şahed” və “Gerbera” hücum pilotsuz uçan aparatı, eləcə də digər növ PUA-ları müxtəlif istiqamətlərdən atıb.

Ukraynanın Hava Hücumundan Müdafiə Qüvvələri, zenit-raket qoşunları, elektron döyüş bölmələri, pilotsuz uçan sistemlər və mobil atəş qrupları bu hücumu qarşılayıb. İlk məlumatlara görə, Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri ölkənin şimalı, cənubu və şərqində Rusiyanın 38 “Şahed”, “Gerbera” və digər pilotsuz uçan aparatlarını vurub və ya məhv edib.

Eyni zamanda, Rusiyanın ötən gecə Ukraynanın dəmir yolu infrastrukturuna zərbələr endirdiyi bildirilib. Bu hücum nəticəsində Sumı bölgəsində bir neçə qatarın gecikməsinə səbəb olub. Ayrıca, Çerniqov vilayətinin Nijin rayonunda 3 minə yaxın sərnişin elektrik enerjisiz qalıb.

Rusiyanın digər hücumu isə oktyabrın 19-u axşam saatlarında Dnepropetrovsk vilayətindəki bir enerji şirkətinin kömür mədəninə qarşı olub. Bu hücum nəticəsində 200-ə yaxın adam yerin altında qalıb. Hazırda həmin şəxslərin xilas edilməsi üçün işlər davam edir.

Rusiyanın Ukraynaya yönəltdiyi hücumlar davam edir və müharibənin vəziyyəti hər keçən gün daha da gərginləşir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki