image-reklam-veteninfo
image-1backend

22 yaşlı şahzadə Frederik vəfat edib

image-reklam-veteninfo

Lüksemburq Böyük Hersoq Anrinin əmisi oğlu Nassau şahzadəsi Frederik 22 yaşında genetik xəstəlikdən vəfat edib.Vətəninfo.az xəbər verir ki, bu barədə Belçikanın RTBF telekanalı məlumat yayıb.

Kanal qeyd edib ki, şahzadə nadir, sağalmaz genetik xəstəlik olan POLG xəstəliyindən əziyyət çəkirdi və 14 yaşından onun erkən ölümə məhkum olduğunu bilirdi. Onun Paris xəstəxanasında ölümünü şahzadənin ailəsi tərəfindən xəstəliklə bağlı araşdırmalara dəstək olmaq üçün yaradılan POLG Fondu elan edib.

Şahzadə Frederik Lüksemburq taxtının varislik xətti ilə əlaqəli deyildi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki