image-reklam-veteninfo
image-1backend

24 miqrant boğularaq öldü

image-reklam-veteninfo

Seuta şəhərinə çatmağa çalışarkən ölən miqrantların sayı 24-ə çatıb.

Vətəninfo.az EFE xəbər agentliyinə istinadən xəbər verir ki, İspaniyanın Seuta muxtar şəhərinə çatmağa çalışarkən ən azı 24 miqrant boğularaq ölüb.

Daha əvvəl 19 qurbanın olduğu bildirilirdi.

İspaniya mediasının məlumatına görə, minlərlə miqrant Mərakeşlə sərhədi ayıran maneəni keçərək dəniz və ya quru yolu ilə Seutaya daxil ola bilib. Cadena SER radiostansiyasının məlumatına görə, təkcə son bir gündə şəhərə rekord sayda – təxminən 49.000 qanunsuz miqrant daxil olub.

Miqrasiya böhranı fonunda İspaniya hakimiyyəti qəsəbədə təhlükəsizliyi təmin etmək üçün hərbi qüvvələr yerləşdirmək qərarına gəlib. İyulun 31-də İspaniya hökumətinin başçısı Pedro Sançez və daxili işlər naziri Fernando Qrande-Marlaska şəhərə səfər edəcəklər.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki