image-reklam-veteninfo
image-interpress_dfdba6ba2581f99169aa0f81dd6a7086_ems68q40931j2whgtiua-640x336backend

25 Oktyabr – Qubadlı: Azərbaycan Ordusunun Tarixi Zəfəri – Tənzilə Rüstəmxanlı yazır

image-reklam-veteninfo

2020-ci il oktyabrın 25-də Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Qubadlı şəhərini 27 illik düşmən işğalından azad etdi. Azərbaycanın əzəmətli üçrəngli Bayrağı uzun fasilədən sonra yenidən Qubadlı səmasında dalğalanmağa başladı.

Tənzilə

Qubadlının işğaldan azad edilməsi ölkəmizin ərazi bütövlüyünün bərpası yolunda mühüm addım olmaqla yanaşı, Vətən müharibəsinin gedişində əhəmiyyətli dönüş nöqtəsinə çevrildi. Çünki şəhərin azad edilməsi Laçın istiqamətində irəliləyərək Qarabağdakı erməni hərbi birləşmələrinə yüklərin və canlı qüvvələrin daşındığı Laçın yolunun bağlanmasını təmin etmək istəyən Azərbaycan Ordusuna böyük üstünlük qazandırdı.

Hər rayonun işğaldan azad edilməsinə ayrıca ehtiram ümumən tarixi Zəfərə olan ehtiramdır. 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edildi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edildi.

Bu Sərəncama əsasən 25 oktyabr Qubadlı şəhəri günü kimi tarixləşdi. Sözsüz ki, Qubadlı üçün ən əlamətdar günlərdən biri də 2020-ci il 23 dekabrında Prezident İlham Əliyevin rayonda şanlı bayrağımızı ucaltmasıdır.

Təbii ki, ölkə başçısının Qubadlıya hər səfəri mühüm hərbi və infrastruktur obyektlərinin açılışı, təməlqoyma mərasimləri ilə yadda qalır. Bu gün Qubadlı rayonunda böyük quruculuq-bərpa işləri həyata keçirilir. Qubadlının gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır.

Azad edilmiş torpaqlarda artıq yeddi yarımstansiya inşa olunub. Bu infrastruktur layihəsi Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını nəzərə alıır. 2021-ci il oktyabrın 25-də Prezident İlham Əliyev tərəfindən imzalanan “Şərqi Zəngəzur iqtisadi rayonunda yerləşən Qubadlı şəhərinin Baş planının hazırlanması ilə bağlı tədbirlər haqqında” Sərəncam Qubadlı şəhərinin yenidən qurulmasını təmin edəcək mühüm sənəddir.

Hazırda Qubadlı rayonunda mühüm infrastruktur layihələri uğurla həyata keçirilməkdədir. Bütün bu layihələrin həyata keçirilməsi yaxın zamanlarda Qubadlının sosial-iqtisadi inkişafını və rayon sakinlərinin öz doğma yurd yerlərinə qayıdışını təmin edəcək. Bu tədbirlər, Qubadlıda yeni inkişaf dövrünün başladığını göstərir.

Qubadlı rayonunun gələcək inkişafı dövlətin diqqət mərkəzindədir. Qubadlı artıq öz tarixi sahiblərinə qayıdıb və yeni inkişaf perspektivlərinə doğru irəliləyir. Bu gün Qubadlıda həyat yenidən canlanır. Əllər yenə torpağa uzanır, çaylar yenidən kəndləri cana gətirir, yollar ümidlə çəkilir. Qubadlı artıq işğalın deyil, dirçəlişin, qürurun və dövlətçilik iradəsinin simvoludur.

Cənab Prezident İlham Əliyevin dediyi kimi: “Bizim xalqımız öz torpaqlarına qayıdıb və bir daha heç kim onu bu torpaqlardan qopara bilməz.” Bu inam, bu qətiyyət, bu iradə Qubadlının, eləcə də bütün azad edilmiş torpaqların gələcək inkişafının əsas təminatıdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki