image-reklam-veteninfo
image-img_2442backend

28 May – Müstəqillik Günü münasibətilə ədəbi-mədəni tədbir keçirilib

image-reklam-veteninfo

28 May – Müstəqillik Günü münasibətilə Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası və Mahmud Kaşqari adına Beynəlxalq Fondu ilə birgə tədbir keçirib.

MKS-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan Xalq Cümhuriyyəti (AXC) qurucularının və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Yasamal rayon MKS-nin direktoru, tarix üzrə fəlsəfə doktoru Lətifə Məmmədova müstəqillik tariximizin əhəmiyyətindən danışıb, AXC-nin müsəlman Şərqində ilk parlamentli respublika olduğunu, qısa müddətdə böyük islahatlara imza atdığını bildirib.

Mahmud Kaşqari adına Beynəlxalq Fondun Prezidenti, Milli Məclisin deputatı Cavanşir Feyziyev vurğulayıb ki, AXC-nin irsi bu gün müstəqil Azərbaycanın dövlətçilik təməllərini təşkil edir və hər il bu əlamətdar gün böyük təntənə ilə qeyd olunur.

Tədbirdə tanınmış alim və ədiblər – Reyhan Mirzəzadə, Gülzar İbrahimova, Esmira Fuad, eləcə də Özbəkistandan gələn qonaqlar AXC-nin Türk dünyası üçün əhəmiyyətindən danışıblar, onun tariximizdəki yerini yüksək dəyərləndiriblər.

Ali məktəb tələbələri vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər. Həmçinin iştirakçılar “İstiqlalımız əbədidir” adlı kitab sərgisi ilə tanış olublar.

image-img_2441

Sonda tədbir iştirakçıları Məhəmməd Əmin Rəsulzadənin büstünü və AXC-nin şərəfinə ucaldılmış abidəni ziyarət ediblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki