Sentyabrın 25-i saat 06:00-a olan məlumata görə, Qarabağdan Ermənistana 2906 erməni daxil olub.
Ermənistan hökumətindən mətbuata verilən məlumata görə, onlardan 2100-nün qeydiyyat məlumatları ümumiləşdirilib, 794 nəfərin ehtiyaclarının qiymətləndirilməsi isə müəyyənləşmə mərhələsindədir.
Qeydiyyatda olan 2100 nəfərdən 1000 nəfərə yaxını seçdiyi yaşayış yerinə gedib, qalan 1100 nəfər isə hökumət tərəfindən yaşayış yeri ilə təmin olunub (onların bir hissəsi hələ də yerləşdirilir).