Ermənistan, Azərbaycan və Rusiya baş nazirlərinin müavinlərinin rəhbərlik etdiyi Regional Kommunikasiyaların Açılması üzrə Üçtərəfli Komissiyanın iclasları razılaşdırılmayan məsələlərə görə davam etmir.
Bunu baş nazirin müavini Mher Qriqoryan parlamentdə keçirdiyi brifinqdə deyib.
Bundan əvvəl Rusiya baş nazirinin müavini Overçuk bəyan etmişdi ki, təxminən il yarımdır ki, Cənubi Qafqazda iqtisadi və nəqliyyat dəhlizlərinin açılması üzrə üçtərəfli işçi qrupu çərçivəsində heç bir irəliləyiş yoxdur.