44 günlük müharibədə iştirak etməyən çoxsaylı şəxslərin iştirakı, habelə bir qrup şəxsin müharibədə faktiki iştirak etdiyi müddət və hərbi əməliyyatlarda saxta məlumatlar əks etdirən sənədlər düzəltməkdə və satmaqda şübhəli bilinən 38 erməni bu gecə həbs edilib. Vətəninfo.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Bildirilir ki, bir qrup şəxs 107 nəfərə 2020-ci ildən saxta sənədlər düzəldərək Ermənistan büdcəsinə külli miqdarda ziyan vurublar.
Erməni mediası iddia edir ki, saxta sənəd düzəltməkdə şübhəli bilinənlər içərisində yüksək vəzifəli məmurlar da var.


























