image-reklam-veteninfo
image-img-20261005-wa0169backend

44 günlük Qarabağ müharibəsinin şəhidlərinin ruhuna ehsan verildi

image-reklam-veteninfo

44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimiz İzmir şəhərində keçirilən ehsan mərasimində dualarla yad edilib.

Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasına bağlı İzmir Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi tərəfindən Bornova və Konak rayonlarında şəhidlərin ruhuna lokma paylanılıb. İki gün ərzində keçirilən ehsan mərasimlərinə yüzlərlə Türkiyə vətəndaşı və İzmirdə yaşayan azərbaycanlılar qatılıb.

Mərasimlərdə şəhidlərimizin ruhuna dualar oxunub, onların əziz xatirəsi hörmət və ehtiramla yad edilib. Türkiyəli qardaşlarımız azərbaycanlılarla birlikdə şəhidlərimizin ruhuna dualar edərək Azərbaycanın acısını öz acıları kimi bölüşüblər.

Dərnək sədri Eşref Tuna və idarə heyəti mərasimə qatılanların başsağlığı diləklərini qəbul edib, ehsan mərasimində iştirak edən hər kəsə təşəkkürlərini bildiriblər.

44 günlük Vətən müharibəsində qazandığımız Zəfər Azərbaycan-Türkiyə qardaşlığının gücünü bir daha bütün dünyaya göstərdi. Şəhidlərimizin əziz xatirəsi iki qardaş xalqı daha da möhkəm birləşdirir.

Azərbaycan və Türkiyənin sevinci də, kədəri də birdir. Bu qardaşlıq əbədi və sarsılmazdır.

Şəhidlərimizin ruhu şad, məkanları cənnət olsun!

image-img-20261005-wa0177 image-img-20261005-wa0169 image-img-20261005-wa0175 image-img-20261005-wa0171 image-img-20261005-wa0170 image-img-20261005-wa0176 image-img-20261005-wa0173




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki