image-1backend

55 milyon dollar rüşvət alan bankir ölüm cəzasına məhkum edildi

image-reklam_sirab_01

Çinin mərkəzi Huang’an şəhərinin məhkəməsi Çin Xalq Bankının (Mərkəzi Bank) keçmiş qubernator müavini Fan Yifei 386 milyon yuan (55 milyon dollar) rüşvət aldığına görə ölüm cəzasına məhkum edib. Ölüm cəzası dərhal ömürlük həbslə əvəz olundu.

Vətəninfo.az-ın məlumatına görə , bu barədə AFP agentliyi məlumat yayıb.Məhkəmə hesab edib ki, Fan Yifei “ağır sosial nəticələrə səbəb olan xüsusilə ağır hallarla cinayət” törədib. Xüsusilə, Çinin dövlət CCTV mediasına görə, Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş rəis müavini “xalqın maraqlarına xüsusilə böyük ziyan vurub”. Qeyd olunur ki, təqsirləndirilən şəxs təqsirini boynuna alıb və törətdiyi əmələ görə peşman olduğu, habelə müstəntiqlərə köməklik göstərdiyi və oğurlanmış vəsaiti qaytardığı üçün ölüm hökmü ömürlük həbslə əvəz edilib.Çin hakimiyyəti 2012-ci ildə Si Cinpin hakimiyyətə gəldikdən sonra korrupsiyaya qarşı mübarizəni gücləndirib. Son illərdə genişmiqyaslı antikorrupsiya kampaniyası nəticəsində bir çox məmurlar tutduqları vəzifələrdən məhrum edilib və ömürlük həbs də daxil olmaqla həbs cəzalarına məhkum ediliblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki