image-reklam-veteninfo
image-1backend

7 ay ərzində ABŞ-dan 1,6 milyona yaxın qeyri-qanuni immiqrant çıxarılıb

image-reklam-veteninfo

Trampın ikinci dövrünün başlanmasından bəri 1,6 milyona yaxın qeyri-qanuni immiqrant ölkəni tərk edib.ABŞ prezidenti Donald Trampın yanvar ayında vəzifəyə gəldiyi gündən bəri Birləşmiş Ştatlar təxminən 1,6 milyon qeyri-qanuni immiqrantı ölkədən çıxarıb. Vətəninfo.az xəbər verir ki, bu barədə daxili təhlükəsizlik naziri Christie Noem bildirib.

“200 gündən az müddətdə 1,6 milyon qeyri-qanuni mühacir ABŞ-ı tərk edib. Bu, çox böyükdür. Bu, daha təhlükəsiz küçələr, vergi ödəyicilərinin pullarına qənaət, məktəblərə və xəstəxanalara təzyiqlərin azaldılması və amerikalılar üçün daha yaxşı iş imkanları deməkdir”, – o, X sosial şəbəkəsində yazıb.

Öz növbəsində “The Hill” nəşri qeyd edir ki, nazirin bəyanatı İmmiqrasiya Araşdırmaları Mərkəzinin hesabatına əsaslanır. Hesabatda ABŞ-ı tərk edən qeyri-qanuni mühacirlərin faktiki sayının bir sıra səbəblərə görə elan ediləndən az ola biləcəyi ehtimal edilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki