image-reklam-veteninfo
image-1backend

“7 il birinci sinifdə qaldım”-Paşinyan

image-reklam-veteninfo

“7 il birinci sinifdə qaldım. Kəndlinin biliyi əskikdir, cahil olduğumuzdandır. ” bu fikirləri Ermənistanın Baş naziri Nikol Paşinyan bu günkü iclasda deyib.
Vətəninfo.az xəbər verir ki, Nikol Paşinyan hesab edir ki, dövlət rəsmiləri də öz bilikləri barədə düşünməlidirlər.

“ Bu gün dediklərim o deməkdir ki, 7 il bir sinifdə qalmışam, çünki oxusaydım, 6-7 il əvvəl bu nitqi eyni şəkildə bu yerdə verərdim. İndi bu haqda danışmağım o deməkdir ki, mən 7 ildir birinci sinifdə oxuyuram”, o, bildirib.

Paşinyan vurğulayıb ki, hökumət üzvlərinin biliyi olmadığı üçün insanların da biliyi yoxdur.

“Çünki bu insanlara rəhbərlik edən bizik, onların lideri də bizik. O insanları kasıblığa, cəhalətə və s. aparırıq, çünki bu, bizim işimizdir, çünki 7 ildən sonra təsadüfən bölgəyə getdim 10 dəqiqə adamlarla danışıram və başa düşürəm ki, 7 ildir ki, mənim başçılıq etdiyim hökumət birinci sinifdə qalıb”.

“Ucqar kəndlimizin bilikdən məhrum olması bizim cahilliyimizdən irəli gəlir. Bizim 30 illik tariximiz bununla bağlıdır, xüsusən də son 7 il. Bunu etiraf etməsək, heç nə alınmayacaq”, – Paşinyan vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki