Malinin şimalındakı üsyançılar iyulun 25-dən iyulun 27-dək Rusiyanın özəl hərbi şirkəti “Vaqner”in 84 muzdlusunu, həmçinin Mali hökumət ordusunun 47 əsgərini öldürdüklərini açıqlayıblar.
Vətəninfo.az xəbər verir ki , bu barədə “Le Monde” qəzeti yazır.Qeyd olunur ki, CSP-DPA separatçı silahlı qrupların alyansının bəyanatına əsasən, Tinzauaten kəndi yaxınlığında tuareq üsyançıları ilə döyüşlərdə həlak olan və ya ağır yaralanan daha 30 nəfər vertolyotla Kidal şəhərinə aparılıb.
Bəyanatda üsyançıların beş zirehli avtomobil, beş yük maşını və silah-sursat ələ keçirə bildiyi də qeyd edilir. Bundan əlavə, “Vaqner” və Mali hökumət qoşunlarının 7 döyüşçüsü girov götürülüb. Əl-Qaidə ilə əlaqəli silahlı qrup həmçinin Mali ordusunun konvoyuna və Tinzawatenin cənubundakı Vaqner müttəfiqlərinin bir qrupuna hücum etdiyini açıqlayıb.Media qeyd edir ki, bu məlumatı müstəqil mənbələrdən yoxlamaq mümkün olmayıb, lakin həm Mali ordusu, həm də “Vaqner” bu müddətdə ciddi itkilər verdiklərini etiraf ediblər.
8 illik sülhdən sonra 2023-cü ildə Avqust ayından Mali hökuməti ilə separatçılar arasında döyüşlər yenidən başlayıb. Mali ordusu noyabr ayında Kidal əyalətində müstəqillik tərəfdarlarının qalasını ələ keçirdi, lakin üsyançılar silahlarını yerə qoymaqdan imtina etdilər. Əvəzində onların qüvvələri dağlıq səhra bölgəsinə dağıdıldı. İyulun sonunda Tinzauaten yaxınlığında üsyançılarla ordu arasında üç günlük şiddətli döyüşlər getdi.