image-98047e3edd2312f127fa3a20acaa5a47backend

Abakumovun şərləməsi– sovet tarixinin kristal kadrlarından olan Yusupovu Stalin xilas edib

image-reklam_sirab_01

Müasirləri onu söz və əməl adamı kimi xarakterizə ediblər. SSRİ-nin ən ağır illərində Özbəkistana rəhbərlik edən Usman Yusupov birinci katib işlədiyi illərdə çox çətinliklərlə üzləşib. Amma ona qarşı yaradılan süni əngəllərdən, siyasi tələlərdən xilas olmağı bacarıb. Hətta 1946-cı ildə Yusupovun həbs olunmasına hazırlıq görüləndə də, o, sonda Kremldə kim olduğunu sübut edə bilib…

1901-ci ildə Fərqanədə anadan olan Usman Yusupov ilk əmək fəaliyyətinə səkizzillik təhsildən sonra pambıqtəmizləmə zavodunda fəhlə kimi başlayıb. O, tam orta təhsilini axşam məktəbində, ali təhsilini isə Daşkənddə qiyabi yolla alıb.

1926-cı ildə Daşkənd inşaatçılarının həmkarlar ittifaqına sədr seçilən Yusupov üç il bu vəzifədə işlədikdən sonra, 1929-cu ildə Özbəkistan Kommunist Partiyası Mərkəzi Komitəsinə katib seçilib. 28 yaşlı katib Moskvada fəal və bacarıqlı kadr kimi tanınıb.

2478_html_397df9a5.jpg (110 KB)

1935-ci ildə Yusupovun Özbəkistana birinci katib seçilməsi Kremldə müzakirə olunsa da, bu məsələ bir müddət təxirə salınıb və 1936-cı ildə onu problemləri ilə gündəmə gələn Özbəkistanın Qida Sənayesi Nazirliyinə rəhbər təyin ediblər. Bir neçə ay ərzində Yusupov nazirlikdə olan nöqsanları aradan qaldırıb və ən yüksək göstəricilərə nail olub. Qeyd edək ki, nazirlikdə aşkar olunmuş nöqsanların aradan qaldırılmasına birbaşa Stalin nəzarət edib. Yusupovun bu məsələdə fəallığı və gərgin əməyi Stalinin diqqətindən yayınmayıb. Elə 1937-ci ildə də respublikanın birinci katibi vəzifəsinin kimə həvalə edilməsi Kremldə müzakirə olunanda namizədlər arasında Siyasi Büro üzvləri Yusupovun adının üstündə dayanıblar. Beləliklə də Usman Yusupov 1937-ci ildə Özbəkistan Kommunist Partiyası Mərkəzi Komitəsinə birinci katib seçilib.

Sovet-alman müharibəsi illəri Yusupov üçün sınaq dövrü olub. Respublikanın iqtisadi vəziyyəti ağır olduğu bir vaxtda Özbəkistan yüz minlərlə yaralı qəbul edib. Qısa müddət ərzində respublikada 113 hospital yaradılıb. Bununla yanaşı Leninqradda, Rostovda, Dnepropetrovskda fəaliyyət göstərən 200-dən artıq iri müəssisə Özbəkistana köçürülüb və bu müəssisələrin fəaliyyəti qısa müddət ərzində bərpa edilib. Müharibə illərində bir milyondan artıq insan, o cümlədən 200 min uşaq Özbəkistana təxliyə edilib. Yusupovun başçılığı və gərgin fəaliyyəti sayəsində onlar respublikanın ayrı-ayrı bölgələrinə yerləşdirilib.

c5e692166d3a2af7af72b6cbfce3b2ee1104.jpg (81 KB)

Müharibə illərində Yusupov Moskvadan gələn göstərişlərin heç birinə yox cavabı verməyib. Vyaçeslav Molotov xatirələrində Yusupovun xidmətlərini aşağıdakı kimi qiymətləndirib:
“Müttəfiq respublika rəhbərlərindən Usman Yusupov çox azsaylı birinci katiblərdən idi ki, o, mümkünsüz olan işləri mümkün etməyi bacarırdı. Kreml rəhbərliyi, Dövlət Müdafiə Komitəsi də yaxşı bilirdi ki, Özbəkistan öz imkanlarından xaric yüklənir. Amma buna baxmayaraq, respublika rəhbərliyi bu yükü öz üzərinə götürürdü və üzərinə düşən missiyanı maksimum dərəcədə icra edirdi. Bu məsələlərdə Yusupovun xidmətləri danılmazdır…”

Bütün bu xidmətlərin qarşılığında müharibədən sonra, 1946-cı ildə Yusupov SSRİ dövlət təhlükəsizliyi naziri Viktor Abakumovun qəzəbi ilə üzləşib. Nazirliyin bir qrup əməkdaşı Özbəkistanda yoxlamalar apardıqdan sonra heç bir konkret fakt olmadan Abakumov üçün arayış hazırlayıblar. Arayışda qeyd olunub ki, Yusupov müharibə illərində olduqca böyük fermer təssərüfatına və şəxsi çaxır zavoduna sahib olub.

77275352_1008923369456167_2709410265333497856_n.png (426 KB)

Yoxlama aparan əməkdaşlar bu faktları Özbəkstanda olarkən anonim məktublardan götürüblər və rəsmiləşdiriblər. Abakumov arayışı əsas götürərək Stalindən Yusupovun həbs edilməsi üçün icazə istəyib. Stalin tələskinliyə yol verməyib, məsələnin yenidən araşdırılmasını Mərkəzi Komitənin katibi Nikolay Patoliçevə həvalə edib.

Beləliklə, Patoliçevin rəhbərliyi ilə Mərkəzi Komitənin bir qrup əməkdaşı Özbəkistanda yenidən araşdırmalar aparpıb və Stalinə geniş arayış təqdim ediblər. Arayışda Dövlət Təhlükəsizliyi Nazirliyinin aşkar etdiyi faktların heç birinin həqiqətə uyğun olmadığı göstərilib. Patoliçev arayışı Stalinə təqdim edəndə Yusupov haqqında fikirlərini belə yekunlaşdırıb:

photo2021-10-1511-24-07.jpg (141 KB)

– Yusupovun mənzilində yalnız bir kostyum artıq idi. Həmin kostymu o, dəfn və toy mərasimləri üçün saxlayırdı.

Elə həmin gün Stalin Yusupovla bağlı qərar verib:

– Bütün yoxlamaları dayandırın.

1950-ci ildə SSRİ-də Pambıqçılıq Nazirliyi yaradılanda Yusupov Stalinin təşəbbüsü ilə bu nazirliyə rəhbər təyin edilib. Nazirlik cəmi üç il fəaliyyət göstərib. 1953-cü ildə Xruşov nazirliyi ləğv etdikdən sonra Yusupovu yenidən Özbəkistana göndərib. O, Ozbəkistan Nazirlər Sovetinin sədri vəzifəsinə təyinat alıb. Ancaq Yusupov bu vəzifədə uzun müddət işləyə bilməyib. Kremllə fikir ayrılığı 1955-ci ildə öz “bəhrə”sini verib. Yusupov vəzifəsindən uzaqlaşdırılıb və Daşkənd ətrafında 4 nömrəli sovxoza direktor təyin edilib.

1376631000.jpg (90 KB)

Yusupov hansı vəzifədə olmasından asılı olmayaraq öz sadəliyi ilə fərqlənib, həmişə xalqın, sıravi vətəndaşların arasında olub. Elə ömrünün son illərini də el-oba arasında keçirib.

Usman Yusupov 1966-cı ildə, 65 yaşında vəfat edib.

İlham Cəmiloğlu, Musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki