ABŞ, Avropanın 2026-cı ilin sonuna qədər Rusiya qazından tamamilə imtina edəcəyini vəd etdiyini açıqlayıb. Bu barədə ABŞ Energetika Nazirliyinin rəhbəri Kristofer Rayt məlumat verib.
“Onlar qəti şəkildə bildiriblər ki, gələn ilin sonuna – yəni 2026-cı ilin sonuna kimi – Rusiya qazının istənilən formada idxalını tamamilə dayandıracaqlar”, – deyə o qeyd edib.
Kristofer Rayt əlavə edib ki, “Bu ilin sonuna qədər siz hələ də spot müqavilələr əsasında Rusiya qazını ala bilərsiniz. 2026-cı ildə Rusiyadan müqavilə əsasında qaz alınması mümkündür. Lakin 2027-ci il yanvarın 1-dən etibarən Avropa bazarında Rusiya qazı olmayacaq”.