image-1backend

Abdullahianın dəfn tarixi və yeri açıqlandı

image-reklam_sirab_01

İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəzaya uğraması nəticəsində həlak olan İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Tehranda dəfn ediləcək.

Vətəninfo.az xəbər verir ki, bu barədə IRNA xəbər agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, vida mərasimi cümə axşamı səhər Tehranda Xarici İşlər Nazirliyinin binası qarşısındakı meydanda keçiriləcək. Nazir həmin gün axşam saatlarında Şah Əbdül Əzim ziyarətgahının ərazisində dəfn ediləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki