ABŞ administrasiyası 19 qeyri-Avropa ölkəsindən gələn bütün immiqrasiya müraciətlərini, o cümlədən yaşıl kart və vətəndaşlıq müraciətlərini dayandırıb. Vətəninfo.az xəbər verir, məlumat Reuters agentliyinə istinadən yayılıb.
Qərarın əsas səbəbi milli və ictimai təhlükəsizliklə bağlı narahatlıqlardır. Dayandırma iyun ayında ölkəyə girişinə qismən məhdudiyyət qoyulmuş 19 ölkədən ABŞ-a gələn şəxslərə şamil olunur.
Rəsmi memorandumda bildirilir ki, keçən həftə Vaşinqtonda ABŞ Milli Qvardiyasının əməkdaşlarına hücum baş verib. Hücumla əlaqədar Əfqanıstan vətəndaşı şübhəli şəxs qismində həbs olunub. Atışma nəticəsində bir Milli Qvardiya hərbçisi ölüb, digəri isə ağır yaralanıb.
Yeni siyasətə görə, Əfqanıstan, Myanma, Çad, Konqo Demokratik Respublikası, Ekvatorial Qvineya, Eritreya, Haiti, İran, Liviya, Somali, Sudan və Yəmən iyun ayında bəzi istisnalarla tam giriş qadağasına məruz qalmış ölkələr kimi göstərilib. İyun ayında qismən məhdudiyyətlər tətbiq edilən digər ölkələr isə Burundi, Kuba, Laos, Sierra Leone, Toqo, Türkmənistan və Venesuela daxil edilib.
Yeni qaydalar ərizələrin baxılmasını dayandırır və siyahıda olan ölkələrdən gələn bütün immiqrantların “milli və ictimai təhlükəsizliyə potensial təhdidləri tam qiymətləndirmək üçün hərtərəfli müayinədən, o cümlədən lazım gəldikdə təkrar müsahibədən keçməsini” tələb edir.


























