image-65506be88b62ebackend

ABŞ-a məxsus hərbi təyyarə  qəzaya uğrayıb

image-reklam_sirab_01

Noyabrın 10-da Amerika Birləşmiş Ştatlarına məxsus hərbi təyyarənin Aralıq dənizi üzərində qəzaya uğradığı bildirilib.
Vətəninfo.az xəbər verir ki, Mərkəzi Almaniyanın Ştutqart şəhərində yerləşən ABŞ-ın Avropa Komandanlığından verilən açıqlamada, Şərqi Aralıq dənizində təlim uçuşu həyata keçirən ABŞ hərbi təyyarəsinin cümə günü axşam saatlarında qəzaya uğradığı vurğulanıb.
Açıqlamada faktla bağlı araşdırmanın aparıldığı bildirilib.
İsrailin Qəzzaya intensiv hücumlarının başlamasının ardından ABŞ ordusu Aralıq dənizinə iki təyyarə gəmisi göndərmişdi. ABŞ yaratdığı hava körpüsü ilə İsrailə silah-sursat daşıyıb, həmçinin bölgədə təlimlərə başlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki