image-reklam-veteninfo
image-1backend

ABŞ admiralı: Yaxşı silahlanmışıq və hazırıq

image-reklam-veteninfo

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bredli Kuper İrana qarşı müharibə səbəbindən sursatların mümkün çatışmazlığından narahat olmadığını bildirib.

“CBS News” xəbər verir ki, bu barədə Kuper telekanala müsahibəsində bildirib.

“Mən qətiyyən narahat deyiləm. Biz yaxşı silahlanmışıq və istənilən gözlənilməz vəziyyətə hazırıq”, – Kuper sursat çatışmazlığının onu narahat edib-etmədiyi ilə bağlı suala cavab verib.

Avqustun 5-də “The Washington Post” qəzeti mənbələrə istinadən xəbər verib ki, ABŞ Prezidenti Donald Tramp iyulun 31-də Pentaqon rəhbəri Pit Heqsetdən hərbi idarənin İranla qarşıdurmada silah çatışmazlığı məsələsində onu niyə yanıltdığına dair izahat tələb edib. Nəşrdə qeyd olunduğu kimi, bu mübahisə ABŞ Prezidentinin Pentaqon rəhbərinə qarşı “artan qıcıqlanmasından” xəbər verirdi. Sonradan Tramp bu məlumatları rədd edib.

Daha əvvəl Heqset “X”də “CNN” telekanalının Pentaqonun əsas sursat ehtiyatlarının təhlükəli dərəcədə aşağı səviyyəyə qədər azalması barədə materialını həqiqətə uyğun olmadığını bildirib.

İyulun sonunda “Associated Press” agentliyinin məlumat verdiyi kimi, ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri general Den Keynan birbaşa prezidentə məlumat verib ki, raket ehtiyatlarının hazırkı vəziyyəti Vaşinqtonun İranla münaqişənin sonrakı eskalasiyası üçün imkanlarını məhdudlaşdırır.

Tramp sursat, o cümlədən HHM raketlərinin çatışmazlığının İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların bərpasından imtina edilməsinin səbəblərindən biri olması barədə məlumatları təkzib edirdi.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki