image-reklam-veteninfo
image-1backend

ABŞ Avropa ilə dezinformasiyaya qarşı əməkdaşlığı dayandırdı – “Financial Times”

image-reklam-veteninfo

ABŞ administrasiyası Avropa ölkələri ilə dezinformasiyaya qarşı mübarizəyə dair birgə təşəbbüsdən çıxmaq qərarına gəlib. Vətəninfo.az xəbər verir ki, bu barədə “Financial Times” (FT) məsələ ilə tanış mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, ötən həftə Avropa hökumətləri ABŞ Dövlət Departamentindən 2023-2024-cü illərdə imzalanmış əməkdaşlıq memorandumlarının ləğv edilməsi ilə bağlı rəsmi bildiriş alıblar. Sözügedən sənədlər Rusiya, Çin və İran tərəfindən yayılan zərərli informasiya və dezinformasiyaların qarşısının alınması üçün vahid yanaşma formalaşdırılmasını nəzərdə tuturdu.

Təşəbbüsə ABŞ Dövlət Departamentinin tərkibində fəaliyyət göstərən Qlobal İştirak Mərkəzi (GEC) rəhbərlik edirdi. Bu qurum xarici dezinformasiya və terror təbliğatına qarşı mübarizəni əlaqələndirirdi.

GEC-in keçmiş rəhbəri Ceyms Rubin Vaşinqtonun bu addımını tənqid edərək, onu “informasiya müharibəsində birtərəfli tərksilah aktı” adlandırıb.

“İnformasiya müharibəsi müasir dövrün reallığıdır. Süni intellekt bu riskləri daha da artırır,” – deyə Rubin bildirib.

Rubinin sözlərinə görə, son bir il ərzində Avropa və Afrikadan təxminən 22 ölkə Bayden administrasiyasının informasiya manipulyasiyasına qarşı birgə sistem yaratmaq və təhlükələrə kollektiv cavab vermək məqsədi daşıyan proqramına qoşulmuşdu.

Eyni zamanda, ABŞ və Avropa ölkələri hələ də Ukraynanın təhlükəsizliyinə zəmanət və Kiyevə yardımla bağlı yekdil razılığa gələ bilməyiblər.

Sentyabrın 7-də Rusiya tərəfindən Ukraynaya endirilmiş genişmiqyaslı raket zərbələri Rusiyanın sülh niyyətində olmadığını bir daha təsdiqləyib. Az sonra ABŞ-ın sabiq prezidenti Donald Tramp da Rusiyaya qarşı sanksiyaları gücləndirməyə hazır olduğunu bildirib.

Bu arada ABŞ-ın maliyyə naziri Skott Bessent bəyan edib ki, Vaşinqton Rusiyaya qarşı təzyiqləri artırmağa hazırdır və Avropa tərəfdaşlarını da eyni istiqamətdə addımlar atmağa çağırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki