image-reklam-veteninfo
image-1backend

ABŞ Avropadakı hərbçilərinin sayının azaldılması ilə bağlı hələ qərar qəbul etməyib- Pentaqon

image-reklam-veteninfo

ABŞ Avropa ölkələrindəki hərbi mövcudluğunun azaldılması ilə bağlı hələ qərar verməyib. Vətəninfo.az xəbər verir ki , bu barədə Pentaqonun mətbuat xidməti Polşanın TVP kanalının sorğusuna cavab olaraq belə bir fikrin mövcudluğunu inkar etmədən bildirib.

“Hazırda hərbi strukturun nəzərdən keçirilməsi aparılır, lakin hələlik heç bir qərar verilməyib. Birləşmiş Ştatların NATO-ya sadiqliyi güclü olaraq qalır və Birləşmiş Ştatlar Avropanın müttəfiqlərinin Avropanın adi müdafiəsində aparıcı rol oynamasını gözləyir”, – ABŞ Müdafiə Nazirliyinin mətbuat xidmətinin cavabında deyilir.

Bundan əvvəl NBC News amerikalı və avropalı rəsmilərə istinadən xəbər vermişdi ki, Pentaqon Rumıniya və Polşa da daxil olmaqla Şərqi Avropadan 10 minə qədər hərbçini çıxarmağı nəzərdən keçirir. KİV-in məlumatına görə, bu, keçmiş ABŞ administrasiyasının 2022-ci ildə Ukrayna ilə həmsərhəd ölkələrə göndərdiyi 20 min nəfərlik qrupun təxminən yarısıdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki