Reuters xəbər verir ki, ABŞ Beynəlxalq Ticarət Məhkəməsi dünən prezident Donald Trampın aprel ayında tətbiq etdiyi tarifləri bloklamaq qərarına gəlib.
Məhkəmə həmçinin müəyyən edib ki, prezident ABŞ-ın ticarət tərəfdaşlarından idxala böyük rüsumlar tətbiq etməklə səlahiyyətlərini aşıb.
Qərarda deyilir ki, ABŞ Konstitusiyası Konqresə digər ölkələrlə ticarəti tənzimləmək üçün fövqəladə səlahiyyətlər verir, bu səlahiyyətlər ABŞ iqtisadiyyatını qorumaq üçün prezidentin fövqəladə səlahiyyətləri ilə əvəz olunmur.
“Məhkəmə Prezidentin tarifləri tətbiq etməsinin məqsədəuyğunluğunu və ya ehtimal olunan effektivliyini rıçaq hesab etmir. Bu cür tətbiq əsassız və ya təsirsiz olduğu üçün deyil, [federal qanunun] buna icazə vermədiyi üçün yolverilməzdir”, – üç hakimdən ibarət kollegiya bildirib.
Məhkəmə ABŞ administrasiyasına qərarını “tətbiq etmək” üçün 10 gün vaxt verib. Lakin sonuncu artıq apellyasiya şikayəti verib və məhkəmənin səlahiyyətlərini şübhə altına alıb.