image-reklam-veteninfo
image-1backend

ABŞ: ” BMT Baş Assambleyasında iştirak etmək üçün İran  vizalar verilməyəcək”

image-reklam-veteninfo

“Iran International” xəbər kanalının BMT Baş Assambleyasında iştirak edən İran nümayəndə heyəti üçün viza prosesi ilə bağlı sualına cavab olaraq ABŞ Dövlət Departamenti bildirib ki, Vaşinqton Assambleyanın xarici iştirakçılarının ABŞ-nin milli təhlükəsizliyinə heç bir təhdid yaratmamasını təmin etməlidir.

BMT-nin mənzil-qərargahı ilə bağlı razılaşmalara əsasən, Birləşmiş Ştatlar üzv dövlətlərin nümayəndələrinə viza verməlidir.

ABŞ Dövlət Departamentinin sözçüsü bildirib ki, Tramp administrasiyası “viza verərkən ABŞ qanunlarını tətbiq etməkdən və milli təhlükəsizlik və ictimai təhlükəsizliyin ən yüksək standartlarına riayət etməkdən çəkinməyəcək”.

O, viza prosesinin məxfiliyini əsas gətirərək əlavə edib ki, o, ayrı-ayrı hallarla bağlı şərh və spekulyasiya etmir və İran rəsmilərinin Nyu-Yorka getmək üçün viza almasına icazə verilib-verilməyəcəyi hələlik bəlli deyil.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki