image-reklam-veteninfo
image-1backend

ABŞ bu hərbiçini edam edəcək

image-reklam-veteninfo

ABŞ-da İkinci Dünya Müharibəsindən bəri edam ediləcək ilk hərbçinin cəzasının icra tarixi açıqlanıb.

Vətəninfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Pentaqon 2009-cu ildə Texas ştatındakı Fort Hud hərbi bazasında 13 nəfərin ölümü ilə nəticələnən hücumda təqsirli bilinən keçmiş hərbi psixiatr Nidal Malik Həsənin edamının 3 dekabr 2026-cı ildə həyata keçiriləcəyini açıqlayıb.

ABŞ Ordusunun müvəqqəti katibi Adam Tellin yaydığı qeyddə bildirilib ki, edam dekabrın 3-də yerli vaxtla saat 13:00-da Fort Hud hərbi bazasında icra olunacaq.

Məlumata görə, edam tarixi ABŞ Prezidenti Donald Trampın 2009-cu ildə Fort Hud hərbi bazasında baş vermiş hücumla bağlı ölüm hökmünün icrası barədə qərarı çərçivəsində müəyyənləşdirilib.

Hadisə 5 noyabr 2009-cu ildə Texas ştatındakı Fort Hud hərbi bazasında baş verib. Hərbi psixiatr Nidal Malik Həsən yerləşdirmə mərkəzinə daxil olaraq hərbçilərə atəş açıb.

Hücum nəticəsində 13 nəfər həlak olub, 32 nəfər yaralanıb. Həsən hadisə yerinə gələn polis əməkdaşları tərəfindən güllələnərək ağır yaralanıb və beldən aşağı iflic olub. Daha sonra o, saxlanılaraq məhkəmə qarşısına çıxarılıb.

İstintaq Həsənin hücumunun motivləri arasında radikal islamçı ideologiyanın olduğunu müəyyən edib.

ABŞ ordusunda sonuncu hərbi edam 1945-ci ilin noyabrında həyata keçirilib. Həmin vaxt sıravi əsgər fərarilikdə təqsirli bilinərək güllələnmə yolu ilə edam edilib.

Beləliklə, Nidal Malik Həsənin edamı ABŞ-da İkinci Dünya Müharibəsindən sonra məhkum edilmiş hərbçinin ölüm hökmünün icrası baxımından tarixi hadisə olacaq.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki