ABŞ ilk dəfə olaraq kosmik əməliyyatlar üçün orbitdə silahın yerləşdirilməsini açıq şəkildə etiraf etdi.
Vətəninfo.az xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələri katibi Troy Meinke sistemin “kosmik nəzarəti” təmin etmək və Amerika qüvvələrini qorumaq üçün nəzərdə tutulduğunu bildirdi.
Pentaqon silahın növünü və ya xüsusiyyətlərini açıqlamayıb. Nəşrin məlumatına görə, ABŞ qüvvələrinə və ya kosmik gəmilərə təhlükə yarandıqda düşmən peyklərini sıradan çıxarmaq və ya məhv etmək üçün istifadə edilə bilər.
Bu açıqlama ABŞ, Rusiya və Çin arasında hərbi kosmik tədqiqatlarda artan rəqabət fonunda verilib. Vaşinqton yeni sistemi çəkindirici amil kimi görür, lakin onun yerləşdirilməsi kosmik silahlanma yarışında yeni bir mərhələyə başlaya bilər.


























