Cənubi Koreya, ABŞ və Yaponiya Şimali Koreyadan gələn nüvə və raket təhdidlərinə qarşı hazırlığı artırmaq məqsədi ilə sentyabrın 15-də “Freedom Edge” adlı illik müdafiə təlimlərinə başlayacaqlar.
Hərbçilər bildiriblər ki, təlimlər regional sabitliyi və təhlükəsizliyi gücləndirmək üçün nəzərdə tutulub və beynəlxalq hüquq normalarına uyğun keçiriləcək. İştirakçıların sayı və cəlb olunan avadanlıqlar barədə hələlik məlumat verilmir.
Yeni təlimlər Pxenyanın “düşmən niyyətinin sübutu” kimi tənqid etdiyi genişmiqyaslı on günlük ABŞ-Cənubi Koreya hərbi təliminin yekunlaşmasından sonra həyata keçirilir.
Elan həm də KXDR, Rusiya və Çin liderlərinin Pekində keçirilən hərbi paradda çıxış edərək Çinin hərbi gücünü nümayiş etdirməsi ilə üst-üstə düşüb. Səfər zamanı Şimali Koreya lideri Kim Çen In Çin prezidenti Si Cinpinlə danışıqlar apararaq, Çinin maraqlarını dəstəklədiyini təsdiqləyib və Rusiya prezidenti Vladimir Putinlə görüşüb.
Bundan əlavə, Cənubi Koreya Müdafiə Nazirliyi Yaponiyanın müdafiə naziri və NATO Hərbi Komitəsinin sədrinin Seul Müdafiə Dialoqunda iştirak edəcəyini açıqlayıb.