image-reklam-veteninfo
image-absbackend

ABŞ Cənubi Koreyanı silahlandırır: 25 ədəd F-35A-nın satışı təsdiqləndi

image-reklam-veteninfo

ABŞ Dövlət Departamenti Seula gizli texnologiya və dəstək avadanlığı ilə 25-ə qədər F-35A döyüş təyyarəsinin mümkün satışını təsdiqləyib. “ Vətəninfo.az-ın  məlumatına görə , bu barədə Cənubi Koreyanın Yonhap agentliyi məlumat yayıb.

“Təklif edilən satış Koreya Respublikasının cari və gələcək təhdidlərə qarşı durma qabiliyyətini artıracaq, regionda təcavüzün qarşısını almaq və ABŞ qüvvələri ilə uyğunluğu təmin etmək üçün etibarlı müdafiə qabiliyyətini təmin edəcək”, – Pentaqon bildirib.

Agentlik aydınlaşdırır ki, iddia edilən əməliyyatın məbləği 5,06 milyard dollar təşkil edəcək.

Seul 25 F-35A qırıcısı, həmçinin 26 mühərrik, radioelektron müharibənin yenidən proqramlaşdırılması avadanlığı və digər dəstək avadanlığı almaq niyyətindədir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki