image-1backend

ABŞ Cənubi Qafqaz xalqlarına sülh və sabitlik…

image-reklam_sirab_01

ABŞ Cənubi Qafqaz xalqlarına sülh və sabitlik gətirən istənilən prosesə kömək etməyə hazırdır.

Bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi deyib.

Rəsmi nümayəndə vurğulayıb ki, ABŞ Dövlət katibi Antoni Blinken, eləcə də ölkənin bir sıra digər rəsmiləri həm Ermənistan, həm də Azərbaycan hökumətlərində yüksək vəzifəli rəsmilərlə daim təmasdadırlar:

“Ardıcıl olaraq təkrar etdiyimiz kimi, Birləşmiş Ştatlar sülh sazişi bağlamaq üçün çalışan Ermənistan və Azərbaycanı dəstəkləməyə sadiqdir. Ermənistan və Azərbaycan arasında indiyədək əldə edilmiş irəliləyişdən ruhlanırıq və regionun rifahı üçün iki ölkənin mümkün qədər tez sülh sazişi bağlamasını dəstəkləyirik”.

Dövlət Departamenti rəsmisi delimitasiya prosesi ilə əlaqədar Bakı və İrəvan arasında əldə olunmuş razılaşmanı da alqışladıqlarını söyləyib: “Biz Alma-Ata Bəyannaməsinə əsaslanan sərhədlərin delimitasiyası üzrə davamlı irəliləyişi alqışlayırıq. Bu, Ermənistan və Azərbaycan arasında davamlı və layiqli sülh sazişinin bağlanması istiqamətində mühüm addımdır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki