image-1backend

ABŞ çətin durumda: Ciddi İNFLYASİYA GÖZLƏNİLİR

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, “The New York Times” yazır ki, ABŞ prezidenti Donald Trampın Kanada, Meksika və Çinə tətbiq etdiyi rüsumların artırılması müxtəlif malların inflyasiyasına səbəb olacaq və bu da öz növbəsində adi amerikalı istehlakçıların cibinə xeyli zərbə vuracaq. Ərzaq, maşın və qadcetlər bahalaşacaq.

Jurnalın həmsöhbəti, Miçiqan Universitetinin professoru Ceyson Miller qeyd edib ki, dükanların vitrinlərində inflyasiya görməmək mümkün olmayacaq, buna səbəb bu üç ölkə ilə başlayan gömrük qarşıdurması olacaq. Qəzet bir sıra ekspertlərin müşahidələrinə istinad edərək qeyd edib ki, əhəmiyyətli hissəsi Meksikadan gətirilən meyvə-tərəvəzlər qiymət artımına məruz qalacaq. Bunlara avokado, pomidor və çiyələk daxildir.

Pivə və tekila da daxil olmaqla spirtli içkilərin qiyməti artacaq. Kanadadan ABŞ-a gətirilən ətin və taxılın qiyməti də arta bilər. New York Times-ın təhlili qeyd edir ki, avtomobil almaq istəyən amerikalılar da qiymət artımını hiss edəcəklər. İstehsalçılar hər həftə ABŞ-Kanada və ABŞ-Meksika sərhədləri boyunca həm hazır avtomobilləri, mühərrikləri, transmissiyaları və digər komponentləri göndərirlər, ümumi dəyəri on milyonlarla dolları ötür. Çindən gətirilən ehtiyat hissələri də bir neçə milyard dollar dəyərində qiymətləndirilir.

Xatırladaq ki, şənbə günü ABŞ prezidenti Donald Tramp Kanada və Meksikadan idxal edilən mallara 25 faiz, Kanadadan enerji idxalına 10 faiz, Çindən idxal olunan mallara isə 10 faiz gömrük rüsumunun tətbiq edilməsi haqqında sərəncam imzalayıb. Qeyd edək ki, 2023-cü ildə 1,5 trilyon dollar təşkil edən ABŞ-a idxal olunan mal və xidmətlərin 1/3-i bu üç ölkənin payına düşür.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image