image-reklam-veteninfo
image-1backend

ABŞ Çin və İrana  sanksiya tətbiq etdi

image-reklam-veteninfo

Birləşmiş Ştatlar İranın ballistik raketləri üçün yanacaq komponentlərinin tədarükünü asanlaşdırdıqları üçün Çin və İranda bir sıra fiziki və hüquqi şəxslərə qarşı sanksiyalar tətbiq edib. Vətəninfo.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi məlumat yayıb.

“Bu gün ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi İran və Çindəki altı müəssisə və altı fiziki şəxsə İslam İnqilabı Keşikçiləri Korpusu adından ballistik raket yanacağı komponentlərini tədarük edən şəbəkədəki rollarına görə sanksiya tətbiq edib”, – departamentin mətbuat xidmətindən bildirilib.

“İranın raket və digər silah imkanlarını aqressiv şəkildə inkişaf etdirməsi ABŞ və tərəfdaşlarımızın təhlükəsizliyini təhdid edir”, – Maliyyə Naziri Skott Besant deyib.

Xüsusən də “qara siyahılar”a daxil olan Çinin “Shenzhen Amor Logistics” şirkətindən SEPAH adından natrium perxlorat alan İranın ticarət şirkəti Saman Tejarat Barmana (STB) qarşı sanksiyalar tətbiq edilib. STB ilə əlaqəli altı şəxsə məhdudiyyət qoyulub.

STB-ni dioktil sebasinatla təmin edən Dongying Weiaien Chemical MMC-yə də sanksiya verilib.

Sanksiyalar siyahısına natrium xlorat tədarük edən Çinin Yanling Chuanxing Chemical Plant General Partnership şirkəti və maliyyə və kadr sahələrində Yanling Chuanxing Chemical Plant General Partnership ilə əlaqəli olan China Chlorate Tech Co Limited və Yanling Lingfeng Chlorate şirkətləri də var.

2025 Bu ayın əvvəlində Qərb mediası İran hakimiyyətinin Çindən raket silahları üçün bərk yanacaq istehsalı üçün lazım olan 1000 ton natrium perxlorat aldığını və yükün iki gəmi ilə İrana göndərildiyini bildirmişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki